Rumıniyada Bürünc dövrünə aid insan skeleti tapılıb
Bakı, 5 avqust, AZƏRTAC
Rumıniyanın qərbində yerləşən Alba vilayətindəki Remets yaşayış məntəqəsində arxeoloqların apardıqları qazıntılar zamanı 5 min il yaşı olan insan skeleti tapılıb.
AZƏRTAC BalkanInsight portalına istinadla xəbər verir ki, rumın arxeoloqları Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə birlikdə iki ildir ki, Treskeu dağının ətəyindəki qədim yaşayış məskənində qazıntılar aparırlar. Artıq buradakı məzar kompleksinin böyük bir hissəsi qazılıb və kurqanda Bürünc dövrünün əvvəlinə aid 12 qəbir aşkar edilib. İlkin tədqiqatlar nəticəsində müəyyən olunub ki, skelet cəmiyyətdə yüksək mövqe tutan kişiyə məxsusdur. Onun dəqiq yaşı radiokarbon analizi nəticəsində məlum olacaq.
Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar bu yerlərdə Bürünc dövründə insanların məişəti haqqında müfəssəl məlumat əldə etməyə imkan verəcək, xüsusən dəfn ayinlərinin yerinə yetirilməsinə işıq salacaq. Arxeoloq Horiya Çuquqdian mətbuat konfransında bildirib ki, bu, Karpat bölgəsində bu cür əhəmiyyətli ilk tapıntıdır. Onun sözlərinə görə, həmin məzarlar Bürünc dövründə daş blokların istifadəsi ilə düşünülmüş dəfn arxitekturasının mövcud olduğundan xəbər verir. Kurqandakı məzarlarda keramik fraqmentlər, heyvan sümükləri və kömür qalıqları da tapılıb. Burada, həmçinin təyinatı məlum olmayan daş plitələrlə işlənmiş dairəvi otaqlar da tikilib.
Alba vilayətində arxeoloji qazıntılara 2011-ci ildə Marbal (Remets zonasında Bürünc dövrünün kurqanları) layihəsi çərçivəsində başlanılıb. Arxeoloji ekspedisiyanın tərkibinə Alba-Yuliya Milli Muzeyinin əməkdaşları, həmçinin Böyük Britaniya və ABŞ alimləri daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [11:02]
Avstraliyada ağcaqanad virusları həyəcanı: yoluxmalar artır
- 13.02.2026 [10:49]
Banqladeş Milliyyətçi Partiyası parlament seçkisində qələbə qazanıb
- 13.02.2026 [10:42]
Çin balıqçı gəmisi Yaponiyada saxlanılıb, kapitan həbs edilib
- 13.02.2026 [10:32]
BMT Ümumdünya Radio Günü münasibətilə müraciət yayıb
- 13.02.2026 [07:47]
Ağaclar karbon qazı emissiyalarını artırır - TƏDQİQAT
- 13.02.2026 [05:25]
Rubio Münxendə Zelenski ilə görüşə biləcəyini açıqlayıb
- 13.02.2026 [04:44]
Saymon Stil: İqlim əməkdaşlığı dünyada sabitliyin mənbəyidir
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]
Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq
- 12.02.2026 [23:26]
Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir
- 12.02.2026 [23:01]
Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram
- 12.02.2026 [22:30]
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib
- 12.02.2026 [22:07]
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
- 12.02.2026 [21:34]
Premyer Liqa: "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
- 12.02.2026 [20:54]
Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib
- 12.02.2026 [20:33]
Elmira Axundova: Hazırda yeni layihə üzərində çalışıram
- 12.02.2026 [20:16]
İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib
- 12.02.2026 [20:14]
ABŞ qüvvələri Suriyadakı hərbi bazanı tərk edib
- 12.02.2026 [19:55]
İsmayıllıda zəlzələ olub
- 12.02.2026 [18:58]
Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır
- 12.02.2026 [18:34]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.02.2026 [18:26]
BDU-da milli məhkəmələrin rolu müzakirə olunub
- 12.02.2026 [18:23]
Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb
- 12.02.2026 [18:09]
Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır
- 12.02.2026 [18:01]
Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir
- 12.02.2026 [17:59]
İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb
- 12.02.2026 [17:56]
BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək
- 12.02.2026 [17:48]
Astanada Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı müzakirə olunub
- 12.02.2026 [17:34]
Qəbələyə ən çox hansı ölkədən turist gəlir?
- 12.02.2026 [17:31]
“Sumqayıt” yeni transferini açıqlayıb
- 12.02.2026 [17:08]
Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək
- 12.02.2026 [17:02]
Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində - ŞƏRH
- 12.02.2026 [17:01]