ELM VƏ TƏHSİL


Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fizika İnstitutunda olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar bu elmi müəssisədə aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi texniki baza ilə tanış olublar.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin spektroskopik ellipsometriya, raman spektroskopiyası, elektron paramaqnit rezonans və digər bu kimi müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat verib.

Akademik Aleksandr Sergeyev Fizika İnstitutunda həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirib, qurumun əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.