CƏMİYYƏT
Sulutəpə qəsəbə sakinləri quldurluq əməli etdiklərinə görə tutulublar
Bakı, 3 dekabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə noyabrın 30-da saat 23 radələrində 28 May qəsəbəsi ərazisində bir neçə nəfərin Goranboy rayon sakinini döyərək 150 manat məbləğində pulunu almaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunan N.İbrahimov, A.Ağayev, S.Həşimov, O.Rüstəmli, H.Bəhramov, N.Yunuslu və S.Mirzəyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]