Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sürix fəvvarələr, muzeylər və şokolad şəhəridir

Bakı, 15 noyabr, Emil Eyyubov, AZƏRTAC

İsveçrənin ən iri şəhəri – almandilli Sürix bir çox məziyyətləri ilə şöhrət qazanıb. Sürix İsveçrənin həm maliyyə və iqtisadi mərkəzi, həm də həyat səviyyəsinə görə dünyanın lider şəhərlərindən biridir. Eyni zamanda planetimizin ən bahalı şəhərlərindəndir. Buna baxmayaraq, burada turist əlindən iynə atsan yerə düşməz. Onları şəhərin mənzərəli Limmat çayının sahilində yerləşən tarixi mərkəzinin gözəlliyi, qastronomik özəllikləri, çoxlu sayda qeyri-adi muzeyləri, geniş çeşiddə və hər zövqə uyğun əyləncə seçmək imkanları cəlb edir.

Fəlsəfi yumurta, Altştadt və Banhofştrasse

Qatarımız Bazeldən İsveçrənin ən iri dəmir yolu vağzalına - 1871-ci ildə tikilmiş Sürix mərkəzi stansiyasına gəldi. Platformalardan və qatarlardan başqa vağzalda 190-dan çox mağaza, restoran və xidmət təchizatçılarının ofisi yerləşir. Stansiya binasını əsl sənət əsərləri bəzəyir. Məsələn, əsas vitrajda italyan rəssamı Mario Mertsanın “Fəlsəfi yumurta” installyasiyası görünür. Bu installyasiyada Fibonaççi ədədləri mövzusundan istifadə olunub. Vağzalın əsas binasında insanların başı üzərində hündürlüyü 11 metr, çəkisi 1, 2 ton olan, parlaq rənglərlə boyanmış qadın fiquru asılıb. Bu, fransız-amerikan mənşəli heykəltəraş Niki de Sen-Fallın əsəridir. Döşəmədə, şüşə altında isveçrəli artist, məşhur ”Yello” pop-qrupunun lideri Diter Meyerin “Yüzilliyin kürəsi” əsərini müşahidə etmək olar. Bu əsər 100 il vağzalda saxlanılandan sonra Sürixdəki İsveçrə Milli Muzeyinə veriləcək. 

Sürix vağzalı ilə tanışlıqdan zəngin təəssüratla “Marktgasse Hotel” mehmanxanasına yollandıq. Yaxşı ki, otel mərkəzi dəmir yolu vağzalının bir-iki addımlığındadır. Mehmanxana Köhnə şəhərin düz mərkəzində - Altştadtda, lap Limmat çayının sahilində, Sürix gölünün yaxınlığında yerləşir. Onun üstünlükləri bununla bitmir. XV əsrə aid binada yerləşməsinə baxmayaraq, otelin müasir dizaynı bizi təəccübləndirdi. Otelçilərin yaradıcı yanaşması sayəsində tarixi elementləri - azacıq nahamar döşəmələri qoruyub saxlamaq və onları mehmanxanaya fərdilik verən orijinal tapıntılarla uyğunlaşdırmaq mümkün olub. Məsələn, nömrələrdə boş butulkalar qoyulub. Onları dəhlizlərdəki kranlardan içməli su ilə doldurmaq olar. Müsafirlərə “narahat etməyin” və “təmizlik tələb olunur” sözləri yazılmış lövhələrin yerinə öz nömrələrinin qapılarından qırmızı və yaşıl zolaqları olan iplər asmaq təklif olunur. Nömrəyə daxil olanda sizi otelin nəzdindəki “Delish” restoranının bişintisi qarşılayır. Lobbidə istədiyiniz vaxt özünüzə təzə çay və qəhvə dəmləyə bilərsiniz. Bu oteldə səhər yeməyi də fərqlidir, çünki İsveç masası yoxdur, yeməyi ofisiant gətirir. Nəhayət, mehmanxananın müsafirləri yaxınlıqdakı sağlamlıq mərkəzinə gedib, trenajorlardan, sauna və hamamdan pulsuz istifadə edə bilərlər.

Oteldən çıxanda dərhal dəbdəbəli butikləri, restoran və kafeləri olan qədim dalanlarda qaynayan həyatın içinə düşürsən. Tinə burulan kimi qarşınızda ucsuz-bucaqsız Sürix gölündən ayrılaraq şəhərin tarixi mərkəzi boyunca axan Limmat çayının geniş səthi canlanır.

Çayın hər iki sahili boyunca külli miqdarda görməli məkanlar yerləşir. Bu yerləri bir gün ərzində gəzib-dolaşmaq mümkün deyil. Nadir haldır ki, şəhərdə olduğumuz müddətdə bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmədik. Yeri gəlmişkən, Sürixdə ictimai nəqliyyat turistlər üçün pulsuzdur. Amma bizi maraqlandıran bütün obyektlər cəmi bir iki addımlığımızdadır.

Məsələn, götürək dünyanın ən dəbdəbəli ticarət küçəsi olan Banhofştrasseni. “Dəmir yolu küçəsi” kimi tərcümə olunan Banhofştrasse mərkəzi vağzalın binasından ta Sürix gölünədək uzanır. Küçənin hər iki tərəfində çoxlu sayda eksklüziv butiklər, univermaqlar və dizayner mağazaları yerləşir. Sürixin dəfələrlə dünyanın ən bahalı şəhəri sayılmasına baxmayaraq, əslində, burada hər cibə uyğun mallar və brendlər tapmaq mümkündür. Nəzərə alın ki, bazar günləri mağazaların çoxu işləmir. Yalnız dəmir yolu vağzalında və aeroportda ticarət məntəqələri açıqdır.

“Qırmızı qartal” və evdovşanı muzeyi

Bir qədər sonra acdığımızı hiss etdik. Adı çətinliklə tələffüz olunan “Zunfthaus zur Zimmerleuten” restoranında yerli mətbəxlə tanış olmaq qərarına gəldik. Otelimizin yaxınlığında yerləşən bu restoranın terrası düz çayın sahilinə açılır. Onu fərqləndirən cəhət budur ki, “Qırmızı qartal” sənətkarlar gildiyasının qədim binasında yerləşir. Lakin burada o qədər tarixi eksponat var ki, şəksiz, muzeyi əvəzləyə bilər. Menyudan balqabaqdan hazırlanmış krem-şorba və qara əriştə ilə balığın can ətini seçdik. Sifarişimiz hazırlanana qədər binada gəzişməyə başladıq. Bu bina bütün tarixi ərzində dəfələrlə yenidən qurulub. Onun zəmanəmizə gəlib çatmış ən qədim elementləri 1156-cı ilə aiddir. Otaqların divarlarına və tavanlarına taxta üzlük çəkilib. Burada qədim sobalar, gildiyaya daxil olan birliklərin gerblərindən ibarət panno, iri yapma var. İkinci mərtəbədə, gildiyaların kiçik zalında taxta panellərin arxasında təxminən 1410-cu ilə aid orijinal divar rəsmi gizlənib. Bu əsər 10 il əvvəl yenidənqurma işləri zamanı aşkar edilib. Qədim zamanlarda gildiyalar sosial özəklər və insanların ünsiyyət yeri funksiyasını yerinə yetirirdi. “Qırmızı qartal” gildiyası müəyyən mənada həmin tarixi missiyanı bu dəfə restoran formasında davam etdirərək sürixlilərin və şəhərin qonaqlarının görüş yerinə çevrilib. Yeri gəlmişkən, burada bizə populyar yerli “vermişel” desertini təklif etdilər. Biz bu desertin dadına Bazeldə baxmışdıq. Amma burada onun verilməsi qaydası fərqlənirdi. “Vermişel”i bizə pirojna şəklində deyil, boşqabda gətirdilər. Amma şabalıd püresindən hazırlanmış, beze qırıntıları və çalınmış qaymaqla bəzədilmiş bu desert elə həmin şirin “vermişel” idi. 

Köhnə şəhərin arxitektura landşaftında üç hündür tikili – Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub. Köhnə şəhərdə Sürixin ən qədim kilsəsi - 1000-ci ilə aid Müqəddəs Pyotr Kilsəsi mühafizə olunub. Onun qüllə saatı Avropanın ən böyük qüllə saatıdır. Saatın siferblatının diametri 8,7 metr, dəqiqəni göstərən əqrəbinin uzunluğu 4 metrdən bir qədər qısadır. Maraqlıdır ki, 1911-ci ilə kimi bu qüllədən yanğın siqnalı kimi istifadə olunub. Qırmızı bayraq qüllənin hansı tərəfində asılırmışsa, yanğınsöndürənlər şəhərin həmin hissəsinə yollanırmışlar.

İncəsənət və mədəniyyət xiridarları üçün Sürixdə çoxlu sayda muzey, qaleraya və sərgilər fəaliyyət göstərir. Muzeylərin tematikası insanı mat qoyur: incəsənət və dizayn, elm, futbol aləmi, pul və hətta cəhrə. Əlqərəz, burada hər kəs öz zövqünə uyğun muzey tapa bilər. Ən qeyri-adilərinin isə adlarını çəkirik: “Dovşanlar və evdovşanları muzeyi”, “Dinozavrlar muzeyi”, “Üzümçülük muzeyi”, “Tramvaylar muzeyi”, “Cəhrələr muzeyi” və s.

1200 fəvvarə və İsveçrə şokoladının sirri

Sürixi həm də fəvvarələr şəhəri adlandırmaq olar. Burada onların sayı 1200-dən çoxdur. Ən maraqlısı da budur ki, fəvvarələrin hamısının suyu içməlidir. Kran suyunu da rahatca içmək olar. Sürixin ekologiyası ən yüksək səviyyədədir. Limmat çayında çoxlu balıq və su quşları məskunlaşıb. Çayın mənbəyinin başlandığı Sürix gölünü mübaliğəsiz sonalar gölü adlandırmaq olar. Şəhər hüdudlarında bu qədər qu quşunun üzdüyünü biz hələ görməmişdik. Onların sayı onlarcadır. Quşlar sakitcə üzərək insanlara yaxınlaşır və onların əlindən yem yeyirlər. 

Gölün sahilindəki yaraşıqlı meydanda Sürix Opera Teatrı yerləşir. 1891-ci ildə açılmış operanın neoklassik üslubda fasadı olan binasını Motsart, Şekspir, Höte və digər tanınmış incəsənət xadimlərinin büstləri bəzəyir.

Əgər əsl İsveçrə şokoladının dadına baxmamısınızsa, deməli, bu ölkədə olmamısınız. Əgər praline, acı şokolad, yaxud qeyri-adi tərkibli şokolad sevirsinizsə, onda sevincinizin həddi-hüququ olmayacaq. Sürixdə müxtəlif növ şokolad delikatesləri satılan külli miqdarda mağazalar var. Üstəlik, məşhur şokolad brendləri butiklərinin çoxu şokolad hazırlamaq üzrə ustad dərslər təşkil edir. Özümüzü saxlaya bilməyib “Läderach” şokolad atelyesinə yollandıq.

Oğul şokolatye Rudolf Lederax öz şirkətinin əsasını 1962-ci ildə İsveçrənin şərqindəki Qlarus kantonunda qoyub. Hazırda bu brendin bütün dünyada 50 firma mağazası fəaliyyət göstərir. Trüfel istehsalını asanlaşdıran və onların keyfiyyətini artıran nazikqabıqlı və içiboş kürəciklərin istehsalı prosesinin ixtirası üçün patent bu şirkətə məxsusdur. “Kakao paxlalarından tutmuş şokolad mağazasına qədər ən yüksək keyfiyyət” sözləri Lederax ailə müəssisəsinin devizidir. Şirkətin bütün məhsulları əllə hazırlanır. Bu proses qadın şokolatyenin ustad dərsində bizə əyani nümayiş etdirildi. Əvvəlcə bizə kakao paxlalarının haradan gəldiyi və şokoladın necə istehsal olunduğu barədə məlumat verildi. Sən demə, kakao ağacının təzə meyvəsindən şokolad ətri deyil, xiyar qoxusu gəlir. Yalnız qurudulandan və qovrulandan sonra kakao paxlalarından şokolad ətri gəlməyə başlayır. Tünd, südlü və ağ şokolad Qlarusda “Läderach” müəssisələrinin özündə istehsal olunur və qranullarda emalatxanaya gətirilir. Burada xüsusi çənlərdə maye vəziyyətinə gətirilir.

Nəfis tərtibatlı şokolad plitkasını hazırlamaq üçün qənnadçı əvvəlcə şəffaf plastik forma götürür və içərisinə maye şokolad doldurulmuş perqament torbası ilə onun üzərində naxışlar çəkir. Naxışlar quruyana qədər müxtəlif əlavələr – qoz-fındıq, quru meyvə, ədviyyat hazırlanır. Sonra bu əlavələr naxış şəklində olan şokoladdan fərqlənən istənilən növ maye şokoladla qarışdırılır. Şokolad kütləsi donub qalmış naxışların üstündən formaya tökülür və bərabərləşdirilir. Forma 25 dəqiqəliyə soyuducuya qoyulur və artıq şokolad hazırdır. Şokolatye şokoladın hazırlanması prosesini nümayiş etdirəndən sonra ustad dərsin hər bir iştirakçısı müstəqil olaraq özü üçün şokolad plitkası düzəldir. Tədbirin sonunda iştirakçılara adlı sertifikat verilir. Sertifikatda qeyd edilir ki, siz İsveçrə şokoladının hazırlanması üzrə ustasınız.

Sürixdə son şam yeməyini Köhnə şəhərdə zəngin tarixi və ənənələri olan “Zeughauskeller” restoranında yedik. Restoranın binası hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl – 1487-ci ildə inşa edilib. Əvvəlcə bu binadan cəbbəxana, yəni silah anbarı kimi istifadə olunub. Restoran kimi 1926-cı ildən fəaliyyətə başlayıb. Silah indi də restoranın tərtibatının əsas mövzusudur. 2006-cı ildən burada Vilhelm Tellin arbaletinin reproduksiyası nümayiş etdirilir. Bu da təsadüfi deyil. 1644-cü ilə aid inventarlaşdırma siyahısına görə, İsveçrənin milli qəhrəmanının əfsanəvi arbaleti məhz bu yerdən asılıb. Sevindirici haldır ki, restoranın menyusu müxtəlif dillərdə tərtib olunub. “Sürixsayağı dana əti” və “Dana qaraciyəri” restoranın şah yeməklərindən sayılır. Amma biz öz damaq dadımıza uyğun olan faraş kartof ilə klyarda balıq, desert olaraq ştrudel sifariş etdik, tox və məmnun halda oranı tərk etdik.

Son söz yerinə

Sürix aeroportunun sərnişinlərə təklif etdiyi qeyri-adi xidmət bizi təəccübləndirdi: təyyarələrin havaya qalxmasını və enməsini müşahidə etmək. Bunun üçün xüsusi müşahidə meydançasına getmək lazımdır. Meydançaya giriş böyüklər üçün 10, uşaqlar üçün 5 İsveçrə frankıdır. Burada kafe və uşaq meydançası var, bütün uçuş-enmə zolağı isə sanki ovcunun içindədir. Uçan təyyarələrin fonunda maraqlı fotolar çəkdirmək olar. 

Əslən İsveçrədən olan tennis ulduzu Rocer Federer ilə birgə foto çəkdirmək Sürix aeroportunun daha bir cəlbedici xidmətidir. Aydın məsələdir ki, dünyanın keçmiş birinci tennisçisi aeroportda daim növbə çəkmir. Hər şey çox sadədir. Aeroportun pavilyonlarından birində quraşdırılan böyük monitorda fasiləsiz olaraq videoçarx nümayiş etdirilir. Videoçarxda boyu bərabərində dayanan Federer arzu edənlərin hamısını onunla qol-boyun şəkil çəkdirməyə dəvət edir, sonra səbirlə “poza alır”. Çox maraqlıdır, deyilmi?

Bakıya Riqadan tranzitlə “airBaltic” aviaşirkətinin reysi ilə uçduq. Riqa aeroportunun bütün biznes-klass sərnişinləri üçün nəzərdə tutulan dəbdəbəli launc zonasını xüsusi qeyd etmək istərdik. Burada nəinki dincəlmək, yaxşı qəlyanaltı etmək və ya mobil texnikanı doldurmaq, həm də ayrıca nömrədə isti duş qəbul etmək və bir qədər yatıb dincini almaq mümkündür. “airBaltic” uçuş müddətində də sərnişinlərinə xüsusi qayğı ilə yanaşır. Məsələn, onları təzə qəzet-jurnalla, isti yeməklərlə və bütün reys ərzində içkilərlə limitsiz təmin edir. Bu cür şəraitdə Riqa-Bakı marşrutu üzrə 3,5 saatlıq uçuş müddəti sanki bir göz qırpımında bitir. Gözünüzü açıb-yumunca evinizdə olursunuz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər