Cəfər Qarayev: Beynəlxalq standartlı çimərliklər turist axınını artırır
Bakı, 11 avqust, AZƏRTAC
Ənənəvi marşrutlar üzrə Azərbaycana səfər edən turistlər əsasən paytaxt Bakı ilə yanaşı, Şimal və Şimal-Qərb bölgələrinə də üz tuturlar. Gəlmə turizmində Bakının payı xüsusilə yüksəkdir. Bununla yanaşı, ölkənin digər turizm bölgələrinə marağın da artdığı müşahidə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.
O diqqətə çatdırıb ki, Xəzərsahili ərazilərdə yaradılan turizm infrastrukturu, beynəlxalq standartlara cavab verən çimərliklərin istifadəyə verilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi turistlərin sayında artım dinamikasının formalaşmasına müsbət təsir göstərir. “Hazırda turizmdə yay mövsümünün son mərhələsini yaşayırıq. Bu dövrdə turizm şirkətləri həm ölkə vətəndaşlarının xarici ölkələrə rahat və təhlükəsiz səyahətlərinin təşkili, həm də Azərbaycana gələn xarici qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün səylərini davam etdirirlər. Əsas məqsəd turistlərə keyfiyyətli xidmət göstərmək, onların səyahət təcrübəsini zənginləşdirmək və Azərbaycanın turizm imkanlarını daha geniş şəkildə tanıtmaqdır”,- deyə C.Qarayev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2026 [19:28]
Rusiyalıların payız səyahətlərində Azərbaycan ilk beşlikdə
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]