Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı dünya mətbuatının diqqət mərkəzindədir

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı dünya mətbuatının diqqət mərkəzindədir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və Zəfər Qurultayı adlanan bu tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının da diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirilib. Həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib.

Qardaş Türkiyənin Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallar, “Sabah”, “Hürriyyət” və s. qəzetlər, “aksam.com”, “sondakika.com”, “cumhuriyet.com” və digər media qurumları tərəfindən yayılan məlumatlarda Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqində səslənən fikirlərə geniş yer verilib. Həmçinin Zəfər Qurultayı barədə videomateriallar və fotolar təqdim olunub. Prezident İlham Əliyevin Ermənistana növbəti dəfə sərt xəbərdarlığı başlıqlarda yer alıb.

İnformasiyalarda, həmçinin qeyd olunub ki dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynayacaq.

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri də Zəfər Qurultayını geniş işıqlandırıblar. “Askanews”, “Yahoo Notizie”, “Kmetro0”, “Agenzia Nova” kimi mətbuat orqanlarında dərc edilən yazılarda Azərbaycan Prezidentinin qurultaydakı geniş nitqindən sitatlar verilib. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir” - Prezident İlham Əliyevin Qurultayın Qarabağda keçirilməsinin əhəmiyyətini şərh edən bu fikirləri xüsusi vurğulanıb.

Azərbaycan Prezidentinin nitqində erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etdiyi, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyünü, Şuşada keçirilən Qurultayın böyük tarixi mənası olduğunu və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirlərinə ərəb mediasında geniş yer verilib. Bununla bağlı xəbərlər AZƏRTAC, “Reuters” və “İntefaks” agentliklərinə istinadla yayımlanıb.

Misirin “Cairo24” portalı və “Asiaelyom” agentliyi dövlətimizin başçısının çıxışından əsas məqamları işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb, həmçinin Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq edib.

Prezident İlham Əliyevin Qurultaydakı nitqində diqqət çəkən vacib məqamlar Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttihad”, Küveytin “Bobian” qəzetlərində, həmçinin Livanın “IMLebanon”, “SouBeyrut” və “Əl Nasra” portallarında yayımlanan xəbərlərdə geniş əksini tapıb.

Gürcüstanın “24news.ge”, “aktual.ge” və “interpress.ge” portallarında Azərbaycan Prezidentinin Qurultaydakı çıxışından seçmələr ingilis, rus və gürcü dillərində yayımlanıb. Xəbərlərdə Prezident İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində görülən işlər, Gürcüstanda yaşayan soydaşlarımızın 44 günlük Vətən müharibəsindəki roluna verdiyi yüksək qiymət barədə fikirləri oxucunun diqqətinə çatdırılıb.

Dövlətimizin başçısının nitqindən gətirilən sitatların birində deyilir: “Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq”. Azərbaycan lideri məhz buna görə ordu quruculuğunun sürətlə aparıldığını, müasir ordu yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə, öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır və heç vaxt işğalla barışmaq fikrində deyil.

Moldovanın “Tribuna”, “Noi”, “TV 8” xəbər portallarında yayılan məqalələrdə Prezident İlham Əliyevin nitqinə istinadla qeyd olunur ki, Minsk qrupu faktiki olaraq 2019-cu ildən iflic olub. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup heç bir nəticə əldə etməmişdi. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı.

Bundan əlavə, dərc olunan materiallarda dövlətimizin başçısının Ermənistandakı revanşist qüvvələrə xəbərdarlığı, sülh müqaviləsi imzalanmasının Ermənistan üçün son şans olduğu barədə fikri də xüsusi vurğulanıb: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Rumıniyanın “News24hours” xəbər portalı və “Ultima Ora” qəzeti, Yaponiyanın “Ajmedia” portalı, həmçinin “Caspian, Caucasus an Black Sea” (https://ccbs.news/), “turktoday.info” saytları Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların V Qurultayındakı nitqinin tam mətnini yayıblar.

“ccbs.news” portalında Prezident İlham Əliyevin “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”, “Ermənistanın uydurduğu mifologiyanın məhv edilməsi”, “Şuşanın ermənilər üçün yad şəhər olması”, “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı” ilə bağlı fikirləri oxucuların diqqətinə xüsusi çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Özbəkistan Ticarət Evi”nin direktoru: Azərbaycan Orta Dəhlizin inkişafı üçün mühüm infrastruktur formalaşdırıb

Yol polisi piyadaları maarifləndirir

Muxtar respublikada dövlət dəstəyi və özəl investisiyalar hesabına 113 layihə başa çatdırılıb

Sabitlik, iqtisadi şaxələndirmə və yaşıl keçid Azərbaycanın strateji hədəfləridir ŞƏRH

Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

İcra başçısı: Şəmkirdə qeyri-ənənəvi ixrac bazarlarına çıxış istiqamətində böyük potensial mövcuddur

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib

NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək

Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

Prezident İlham Əliyevin siyasi xəttində iqtisadiyyat ən prioritet sahələrdəndir

Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı açıqlanıb

Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir

Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür