İDMAN


“Tank” ləqəbli kikboksçumuz növbəti döyüşünü qələbə ilə başa vurub

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə üçrəngli bayrağımızı növbəti dəfə başı üzərinə qaldırıb.

AZƏRTAC xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən “Tank” ləqəbli kikboksçumuz almaniyalı idmançı Lukas Boçenski ilə qarşılaşıb.

X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha birini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.