İDMAN


UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib

Bakı, 7 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk beş oyununda aşağıdakı hesablar qeydə alınıb:

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya) - 1:0;

“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya) - 0:0;

“Renn” (Fransa) - “Arsenal” (İngiltərə) - 3:1;

“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya) -2:2;

“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya) - 1:3.

Xatırladaq ki, saat 00:00-da mərhələnin daha üç qarşılaşması keçiriləcək. “Çelsi” - “Dinamo” ilə, “Napoli” - “Zaltsburq”la, “Valensiya” isə “Krasnodar”la qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.