Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin iyunu

Bakı, 21 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 iyun. Azərbaycan Prezidenti Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimində iştirak etdi.

5 iyun. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasını keçirdi.

8 iyun. Neft Şirkətləri Konsorsiumunun rəhbər komitəsinin üzvlərini qəbul etdi.

9 iyun. Təzəpir məscidində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə çıxış etdi.

10 iyun. Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı keçirilən müşavirədə nitq söylədi.

15 iyun. “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat-1995” kitabının təqdimat mərasimində çıxış etdi.

22 iyun. Azərbaycanın Milli qəhrəmanları və şəhid qəhrəmanların valideynləri ilə görüşdü.

23-24 iyun. “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş ümumxalq nümayəndələri toplantısında nitq söylədi.

24 iyun. Özəlləşdirmə proqramına həsr olunmuş müşavirə keçirdi.

26 iyun. Fikrət Qocanın 60 illik yubiley tədbirində iştirak etdi. Tədbirdən sonra bir qrup yazıçı və şairlə görüşdü.

29 iyun. Bolqarıstanda rəsmi səfərdə oldu.

30 iyun. Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Bolqarıstandan Rumıniyaya gəldi.

X X X

Ulu Öndər Azərbaycanın intellektual potensialından xalqın daha çox bəhrələnməsini, yaradıcı insanların öz fəaliyyətlərini davam etdirməsinə şərait yaradılmasını vacib hesab edirdi. Mövcud ağır sosial-iqtisadi böhran dövründə nəşriyyat işində də yaranmış çətinliklər Heydər Əliyevin diqqətindən yayınmırdı. O, 1995-ci il iyunun 3-də M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimində çıxış edərkən bunlarla bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, keçmişdə nəşriyyat işi dövlət tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi isə zaman dəyişib, dövlətin imkanları məhdudlaşıb. Hazırda kiçik də olsa, özəl bölmə meydana çıxıb və onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, xüsusən kitab nəşrinin genişləndirilməsinə yönəltmək lazımdır.

Sitat: “Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq”.

Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin əhəmiyyətini nəzərə alan Ulu Öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini də diqqətdə saxlayırdı. Onun müstəqil Azərbaycana rəhbərliyi dövründə mədəniyyətimizin bir çox nəhəng simalarının memorial-xatirə, mənzil muzeyləri, həmçinin bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdı. Bu istiqamətdə daha bir təşəbbüs böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması oldu. İyunun 10-da bu məsələyə həsr olunmuş müşavirədə çıxış edən Heydər Əliyev şairin məşəqqətli həyatından danışdı, qadağalara baxmayaraq, əsərlərinin yaşadığını, Hüseyn Cavid irsinin təbliğ olunmasının vacibliyini vurğuladı.

Sitat: “Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adamı adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş adamlar, onların ailələri üçün repressiya illəri nə qədər uzun olsa da keçib getdi, o ailələr, o insanlar tamamilə bəraət qazandılar, hətta tarixi şəxsiyyət kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər.

Heydər Əliyev iyunun 15-də “Hyatt-Recensi-Naxçıvan” otelində Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat-1995” kitabının təqdimat mərasimində çıxış etdi. Kitabın əhəmiyyətinə toxunan Ulu Öndər nəşrdə Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli ənənələrinin və nailiyyətlərinin əks olunmasının böyük məmnunluq doğurduğunu vurğulayaraq dedi: “Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir. Biz öz tariximizlə fəxr edirik. Biz Azərbaycan xalqının əsrlər boyu dünya sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik. Bunların hamısı bu günümüz və gələcəyimiz üçün gözəl təməldir”.

Ümummilli Lider, çıxışında, həmçinin Azərbaycanın böyük iqtisadi potensiala malik bir ölkə olduğunu qeyd edərək dedi ki, ölkəmizin zəngin mədəni irsi var. Əgər müharibə, Ermənistanın təcavüzü olmasaydı, Azərbaycan insanının inkişafı üçün lazım olan vəzifələrin əksəriyyətini qısa müddətdə yerinə yetirmək olardı. Heydər Əliyev tövsiyə etdi ki, Azərbaycanda insan inkişafı haqqında hesabatlar, məlumatlar hazırlanarkən bu məsələlər xüsusi yer tutmalıdır. Çünki Azərbaycan Respublikasında insan inkişafına aid problemlərə qiymət verərkən, bu məsələləri dünya standartları ilə müqayisə edərkən və gələcək haqqında mülahizələr söyləyərkən bunlar nəzərə alınmasa, gələcək üçün hazırlanan proqram o qədər də əsaslı ola bilməz.

Heydər Əliyev 1995-ci il iyunun 23-24-də Respublika Sarayında “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş ümumxalq nümayəndələri toplantısında çıxış etdi. Son illərdə Azərbaycanda gedən ictimai-siyasi prosesləri təhlil edən Ulu Öndər xəyanətkar qüvvələrin hələ də mövcud olduğunu bildirdi, xalqla birlikdə respublikanın bu çətin vəziyyətdən çıxmasına nail olunacağına əminliyini ifadə etdi.

X X X

Heydər Əliyevin “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş toplantıdakı nitqindən

• 1993-cü ilin may-iyun aylarında Azərbaycanda dövlət böhranı baş verdi. Bu böhran respublikanı vətəndaş müharibəsinə gətirib çıxardı. Vətəndaş müharibəsi ölkəmiz üçün çox böyük təhlükəli şərait yaratdı. O, nəinki xalqımıza zərərlər, zərbələr vuracaqdı, eyni zamanda, respublikamızın parçalanması, dağıdılması prosesi mövcud idi. Bunların qarşısı alındı. Həyata keçirilən tədbirlər respublikada meydana gəlmiş dövlət böhranını və qarşıdurmanı aradan götürdü, müəyyən sabitlik yarandı. Lakin təəssüf ki, belə faciəli vəziyyətə gəlib çıxmış respublikamızda bu vəziyyəti yaradan qüvvələr öz əməllərindən əl çəkmədilər.

• Artıq iki il müddətində Azərbaycan xalqı, vətəndaşları ağı qaradan seçməyə nail olublar. Vətəndaşlarımızın tam əksəriyyətində müstəqil dövlətimizi və ictimai-siyasi sabitliyi qoruyub saxlamaq əhval-ruhiyyəsi üstünlük təşkil edir. Ancaq bunlarla yanaşı, yenə də respublikamıza xəyanət etmək məqsədilə yaşayan qüvvələr var. Onlar təkcə xaricdə deyil, respublikanın daxilində də mövcuddur.

• Hesab edirəm ki, görülən bütün bu tədbirlər iqtisadiyyatda vəziyyətimizi dəyişdirəcək və iqtisadiyyatın günü-gündən inkişafına nail ola biləcəyik. Bunların hamısı məndə böyük ümid, nikbinlik yaradır. Ona görə də narahat olmayın, darıxmayın və mənim verdiyim bu məlumatlardan da heç kəs qorxub çəkinməsin. Siz də varsınız, mən də varam, hamımız birlikdə Azərbaycanı bu vəziyyətdən çıxaracağıq. Bu işlərimizin bəhrəsini biz də görəcəyik, bizdən sonra gələn nəsillər də.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib