Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
London, 17 sentyabr, AZƏRTAC
Böyük Britaniyada özəl kirayə mənzillərin orta qiyməti avqust ayında illik müqayisədə bu ilin ən yüksək artım tempini göstərib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı məlumatlara əsasən, avqustda orta kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb. İyul ayında isə illik artım 3,7 faiz təşkil etmişdi. Beləliklə, avqust göstəricisi ötən ilin dekabrından bəri qeydə alınan ən yüksək illik artım olub.
Eyni zamanda, ölkədə mənzil qiymətlərinin artım tempində müəyyən zəifləmə müşahidə edilib. İyul ayında evlərin qiymətləri illik müqayisədə 1,4 faiz artıb. İyun ayında bu göstərici 1,5 faiz olmuşdu.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]