Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Pekin, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Çinin xarici işlər naziri Van İ ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Çin-ABŞ münasibətlərinin bir müddətdir iki dövlət başçısı tərəfindən müəyyən edilmiş konstruktiv strateji sabitlik yolu ilə irəlilədiyini bildirən Van İ deyib ki, liderlər səviyyəsindəki diplomatiya Çin-ABŞ münasibətlərinin əsas dayağıdır. O vurğulayıb ki, tərəflər bərabərlik, hörmət və qarşılıqlı fayda ruhunda yüksəksəviyyəli təmasların növbəti mərhələsinə hazırlaşmalı, kommunikasiyanı gücləndirməli, əməkdaşlığı inkişaf etdirməli, fikir ayrılıqlarını idarə etməli və bir-birinin əsas maraqlarına hörmət etməlidir.
Tərəflər Yaxın Şərqdəki vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [22:16]
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
- 17.09.2026 [21:14]
Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib
- 17.09.2026 [20:15]
Alyaskada güclü zəlzələ baş verib
- 17.09.2026 [18:25]