Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.
Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.
2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [18:21]
Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub
- 17.09.2026 [18:08]