Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soner Kılıç: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm turizm körpüsüdür

Soner Kılıç: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm turizm körpüsüdür

Bakı, 17 sentyabr, AZƏRTAC

Qafqazda yerləşən yeganə türk dövləti kimi Azərbaycan iki böyük coğrafiya arasında tarixi, mədəni və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu xüsusiyyət ölkənin turizm potensialının genişləndirilməsi və beynəlxalq turizm marşrutlarının inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Soner Kılıç bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkənin turizm imkanlarını artıran əsas amillərdən biridir. Onun sözlərinə görə, Azərbaycan həm Xəzər dənizinə çıxışı, həm zəngin təbiəti, həm də qədim tarixə və çoxşaxəli mədəni irsə malik olması ilə fərqlənir.

“Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Qafqazda yerləşən yeganə türk dövləti olması Azərbaycanın özünəməxsus xüsusiyyətidir. Bu mövqe ölkəyə Türk dünyası ilə Qafqaz arasında mühüm əlaqələndirici rol oynamaq imkanı verir”, - deyə Soner Kılıç vurğulayıb.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi və mədəni bağlar turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.Digər türk dövlətləri ilə əlaqələrin genişlənməsi Azərbaycan turizminin yeni bazarlara çıxışını sürətləndirə bilər.

Soner Kılıçın sözlərinə görə, Türk dövlətləri arasında turizm əlaqələrinin inkişaf etdirilməsi yalnız turist sayının artırılması baxımından deyil, xalqların bir-birinin tarixini, mədəniyyətini və adət-ənənələrini daha yaxından tanıması baxımından da əhəmiyyətlidir.

Ekspert qeyd edib ki, Azərbaycan bu baxımdan geniş imkanlara malikdir. Ölkənin qədim İpək yolu üzərində yerləşməsi, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olması və zəngin tarixi abidələri fərqli turizm istiqamətlərinin inkişafına şərait yaradır.

“Azərbaycanın Bakı ilə məhdudlaşmayan çox geniş turizm potensialı var. Şəki, Qəbələ, Quba, Qusar, Lənkəran, Naxçıvan və digər bölgələr özünəməxsus turizm imkanlarına malikdir. Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının mərhələli şəkildə üzə çıxarılması da Azərbaycanın turizm xəritəsini daha da zənginləşdirə bilər”, - deyə türkiyəli ekspert əlavə edib.

Onun fikrincə, Azərbaycan təbiət, mədəniyyət, tarix, qastronomiya, sağlamlıq, dağ-xizək və digər turizm növlərinin inkişafı üçün əlverişli şəraitə malikdir. Bu istiqamətlərin bir-biri ilə əlaqələndirilməsi turistlərin ölkədə qalma müddətinin artırılmasına və müxtəlif regionların turizm dövriyyəsinə cəlb edilməsinə imkan verə bilər.

Soner Kılıç Türk dünyası ölkələri arasında ortaq turizm marşrutlarının yaradılmasının da əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətlərini əhatə edən tematik turizm marşrutlarının hazırlanması turistlərə bir səfər çərçivəsində müxtəlif ölkələrin ortaq tarixi və mədəni irsi ilə tanış olmaq imkanı verə bilər.

Ekspertin sözlərinə görə, bu istiqamətdə nəqliyyat əlaqələrinin inkişafı da mühüm amildir. Birbaşa aviareyslərin artırılması, regionlararası nəqliyyat imkanlarının genişləndirilməsi və turistlər üçün vahid turizm paketlərinin hazırlanması Türk dünyası daxilində səyahətlərin daha da asanlaşdırılmasına xidmət edə bilər.

“Azərbaycanın üstünlüklərindən biri də onun Türk dünyasının müxtəlif hissələrini Qafqaz və Xəzər regionu ilə əlaqələndirən mövqeyidir. Azərbaycan yalnız turist qəbul edən ölkə deyil, həm də Türk dünyasının ortaq turizm məkanının formalaşmasında mühüm mərkəzlərdən biri ola bilər”, - deyə Soner Kılıç bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun vaxtı bəlli olub

Azərbaycan iqtisadiyyatı haqqında akademik məlumat ABŞ-də beynəlxalq auditoriyaya təqdim edilib

BDU-nun dörd tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

® “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə alternativ marşrutlar tövsiyə edir

Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib YENİLƏNİB

® Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırıb – 13 qalib avtomobilinə qovuşub

KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak edib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başlayıb

Ermənistanda revanşist yanaşmaların davam etməsi sülh prosesinə inamı zəiflədir – ŞƏRH

"Universal Energy": Ümid edirik ki, Azərbaycanda daha çox Günəş və külək elektrik stansiyaları tikiləcək

İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir

Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

Amerikalı basketbolçu Azərbaycanda klubunu dəyişib

Soner Kılıç: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm turizm körpüsüdür

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeni tədris ilinə start verilib

Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb

Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib

Ermənistanda Azərbaycana qarşı kampaniya: Hakimiyyətin səhnə arxasından yönləndirməsi – TƏHLİL

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 16 faizdən çox artıb

Sığortaçılar Assosiasiyası və “Global Finance Association QRAFT” arasında əməkdaşlıq sazişi imzalanıb

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 188 layihə başa çatdırılıb

Vidadi Qafarov: Azərbaycan teatr xadimlərinin milli mədəni irsin inkişafına böyük təsiri var

Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub VİDEO

Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub VİDEO

Azərbaycan: Türk dünyası ilə Qafqazın qovuşduğu məkan - ŞƏRH

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Berlində “Vətənin sədaları” adlı fortepiano gecəsi təşkil olunub

“Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu baş tutub

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir VİDEO

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir VİDEO

Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Komitə sədri: İcbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir

Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADAU-da olublar VİDEO

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADAU-da olublar VİDEO

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub YENİLƏNƏCƏK

Tarixi və mədəni irs məsələsinin yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi məntiqdən uzaqdır - ŞƏRH

Səhiyyə komitəsinin sədri: Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb

İcma: Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir

Naxçıvanda peşə təhsilinə maraq artır: 617 nəfər tələbə adını qazanıb

Şahzadə Diananın qardaşının yeni kitabı Bukingem Sarayı ilə gərginliyə səbəb olub

Cavid Abdullayev: Azərbaycanın dəniz külək enerjisi layihələri üzrə araşdırmaları intensivləşdirilib

Emin Əmrullayev: Fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır

Fransada balıqçıların etirazı yenidən alovlanıb, neft terminalı blokadaya alınıb VİDEO

Fransada balıqçıların etirazı yenidən alovlanıb, neft terminalı blokadaya alınıb VİDEO

® “Bir” ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək

Fransada yanacağın qiyməti 3 avroya yaxınlaşır

Cavid Abdullayev: Daxili tələbatı üstələyən bərpaolunan enerjinin ixracı üçün hazırlıq işləri aparılır

Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik

® “ABB İnnovasiya“ Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib

Nazir: Rəqəmsal bacarıqların inkişafında uzunmüddətli və çevik yanaşma vacibdir

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Yurgen Klopp Almaniya millisinin heyətinə 44 futbolçu dəvət edib

Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib YENİLƏNİB VİDEO

Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir

Astarada kənd təsərrüfatının inkişafı ilə bağlı yeni hədəflər müzakirə olunub

BOEMDA: Azərbaycanda bərpaolunan enerjiyə investisiya yatıran şirkətlərin coğrafiyası genişlənir

Şuşanın Türk-İslam şəhərçilik ənənələrindəki rolu Andican Forumunda təqdim olunub

Xidmət rəisi: İşğaldan azad edilən ərazilərdəki abidələr vəziyyətinə görə şərti olaraq bir neçə qrupa bölünüb

Prezident İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir

Fərhad Quliyev: “İmarət” Muzey Kompleksindəki qəbirlərə müdaxilələr qeydiyyata alınıb

Rəhim Bayramlı: “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Cavid Abdullayev: Azərbaycanda sənaye miqyaslı GES-lərdə ən güclü Günəş panelləri “Qobustan”da quraşdırılıb

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

Almaniyanın Frankfurt şəhərində malyariya ilə bağlı xəbərdarlıq edilib

Elvin Camalov: “Qəbələ”yə qayıtmağı özümə borc bildim

Baş nazirdən təklif: “Google” şirkətinə tətbiq olunan cərimə Aİ ölkələrinin büdcə yükünü azaltsın

Prezident Ərdoğan: Türkiyədə 1960-cı ildə baş verən dövlət çevrilişi millətin iradəsinə vurulan ağır zərbədir

“Muzey və arxiv mənbəşünaslığı” – yeni nəşr

Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib

Baş direktor: “SABAH.City”də həyata keçirilən tədqiqatların gələcəkdə kommersiya məhsullarına çevrilməsi nəzərdə tutulur

Günay Əfəndiyeva: Regionun gələcəyi beynəlxalq hüquqa və suverenliyə hörmət prinsipləri ilə qurulmalıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq VİDEO

Türk dünyasının dini liderlərinin Bakı görüşü ortaq mənəvi dəyərlərin gücünü nümayiş etdirib – ŞƏRH

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası olub

Diplomatların Qarabağa səfərinə təzyiq cəhdləri sülh prosesinə ziddir ŞƏRH

® “PAŞA Real Estate Qrup”un rəhbərliyi Monteneqronun Baş naziri ilə investisiya və turizmin inkişafını müzakirə edib

® Lənkəranda qızlar üçün “Yango Azerbaijan” təhsil proqramına start verilib

Mikayıl Cabbarov: Azərbaycan makroiqtisadi və maliyyə sabitliyinə nail olub

Lənkəranda avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb

Qambiyalı futbolçu: “Sabah”ın qollarına mane ola bilmədik

Çətin yolun sonunda möhtəşəm mənzərə - Qoçyataq şəlaləsi VİDEO

Çətin yolun sonunda möhtəşəm mənzərə - Qoçyataq şəlaləsi VİDEO

“PAŞA Maliyyə Holdinq”: İnsanları adi iş rejimində qalmamağa, daha üstün pilləyə qalxmağa öyrətmək lazımdır VİDEO

“PAŞA Maliyyə Holdinq”: İnsanları adi iş rejimində qalmamağa, daha üstün pilləyə qalxmağa öyrətmək lazımdır VİDEO

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib