Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Avstraliyanın Kvinslend ştatında yerləşən Fitsroy çayı 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının məkanı kimi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, çayda timsahların yaşaması və güclü axının olması ilə bağlı narahatlıqlar mövcud olsa da, Fitsroy texniki ekspertizadan keçirilib.
Kvinslendin Baş naziri Devid Krisafulli bildirib ki, çayın Olimpiya yarışlarının keçirilməsi üçün uyğunluğu təsdiqlənib və Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarış məkanı kimi təsdiq olunub.
Beləliklə, Fitsroy çayında akademik avarçəkmə, paraavarçəkmə, kayak və kanoe üzrə sprint, həmçinin parakanoe yarışları keçiriləcək.
Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları Brisbendə iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [15:20]
Amerikalı basketbolçu Azərbaycanda klubunu dəyişib
- 17.09.2026 [13:53]
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
- 17.09.2026 [13:31]
Yurgen Klopp Almaniya millisinin heyətinə 44 futbolçu dəvət edib
- 17.09.2026 [13:03]
Elvin Camalov: “Qəbələ”yə qayıtmağı özümə borc bildim
- 17.09.2026 [12:22]
Qambiyalı futbolçu: “Sabah”ın qollarına mane ola bilmədik
- 17.09.2026 [11:35]
"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib
- 17.09.2026 [10:35]