İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitkitərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitkitərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan 1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbul olunmuş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.