Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda Azərbaycana qarşı kampaniya: Hakimiyyətin səhnə arxasından yönləndirməsi – TƏHLİL

Ermənistanda Azərbaycana qarşı kampaniya: Hakimiyyətin səhnə arxasından yönləndirməsi – TƏHLİL

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur regionlarına səfərləri Ermənistanın ictimai-siyasi sferasında fərqli izlər buraxıb. Bu ölkədə aparılan kampaniya ardıcıl və sistemli isterik yanaşmanın təzahürü kimi təkcə sülh gündəliyi ilə paradoksallığı əks etdirmir. Daha da kompleks səviyyədə Ermənistan hakimiyyətinin və cəmiyyətinin sülhə aid anlayışını dırnaqarasında göstərən hərəkətlərin toplusu kimi xarakterizə edilə bilər.

Məlumat konteksti

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri olub.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatik heyət yerli tarixi-mədəni abidələri ziyarət ediblər. Diplomatlar, bu çərçivədə, həmçinin Gəncəsər və Xudavəng monastırlarına gediblər.

Ermənistandakı reaksiyalar və suallar

Ermənistan siyasətçilərinin, ictimai fəalların və erməni mediasının diplomatik korpusa qarşı hücumları bu ölkənin sülhyaratma prosesinə qeyri-səmimi yanaşdığını göstərir. Belə ki, erməni ictimai düşüncəsinə hakim kəsilmiş revanşist ideologiyanın hələ də siyasət səhnəsindən düşməməsi iki vacib sual yaradır.

Birinci sual: Azərbaycana qarşı aparılan ictimai kampaniya Ermənistanın dövlət mövqeyini əks etdirirmi?

Ümumilikdə həyata keçirilən kampaniyada əsasən iki diplomat - ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono - hədəfə alınıb.

Azərbaycan əleyhinə “silahlanmış” erməni lobbi təşkilatları və onların informasiya alətləri müzakirələrdə qızışdırıcı mövqeləri gündəmdə saxlayırlar.

Ermənistan hakimiyyəti ilə erməni lobbisi arasındakı münasibətlər Azərbaycan Respublikasının regionda yaratdığı yeni geosiyasi reallıqlar və onların nəticələri fonunda mürəkkəb xarakter daşımaqdadır. Azərbaycanın münaqişəəsaslı status-kovunu dəyişərək regionda sülh, təhlükəsizlik üçün irəli sürdüyü konsepsiya erməni lobbisinin informasiya təzyiqlərini Ermənistan hakimiyyətinə yönləndirib. Bununla da dövlət-lobbi əlaqələrində çatlar genişlənib. Lakin dərin mənada nə lobbi, nə də Ermənistan hakimiyyəti erməni ideologiyasından uzaqlaşmayıb və hələ də oxşar məzmunu bölüşürlər. Bu o deməkdir ki, Ermənistan hakimiyyətinin sülhlə bağlı bəyanatları daha çox gözdən pərdə asmaq kimi xarakterizə edilə bilər. Bu anda erməni lobbisi ilə dekorativ olaraq ziddiyyətli görünmək bəlkə də ən çox Ermənistan iqtidarının siyasətinin bir parçasıdır.

Ermənistanın icraedici hakimiyyəti səviyyəsinə gəlincə, o, diplomatların səfərlərinə susqun münasibət göstərilib. Nə Baş nazirlik aparatı, nə də Xarici İşlər Nazirliyi məsələ barədə etiraz edib. Lakin analitik baxışda Ermənistanın prosesdəki arxa plan rolunu istisna etmək olmaz. Hakimiyyətin qanunvericilik qanadı olan parlamentin timsalında bu versiya güclənir. Belə ki, Ermənistan parlamentinin ən yüksək rütbəli rəsmisi diplomatların səfərinə etiraz notu üzərindən reaksiya verib.

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu hədəfə alıb. Rubinyan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının İdarə Heyətinin üzvüdür. Ermənistan hakimiyyətinin kampaniyadakı kölgəsi bu məsələdə məsuliyyət qiymətləndirilməsindən keçir.

Parlamentin İnsan hüquqları komitəsinin müxalifətçi sədri Lilit Qalstyan hökuməti “qətiyyətsizlikdə” günahlandırıb və Ermənistan XİN-in bu səfərə qarşı mütləq “sərt etiraz bəyanatı” verməli olduğunu tələb edib. Bəlkə, Ermənistan hakimiyyəti buna da bir bəhanə taparaq, prosesdə məsuliyyətinin olmadığını deyə bilərdi. Ancaq Ruben Rubinyan mövqeyində məsələdən boyun qaçırmaq imitasiyadan başqa bir şey olmazdı.

Üstəlik, Ermənistanın Azərbaycandan gizləmək istədiyi rəsmi məsuliyyətini başqa bir bəyanatın məzmununda da tapmaq olar.

Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərini bir araya gətirən və normallaşma prosesinə dəstək verən “Sülh Körpüsü” platformasının erməni təmsilçiləri son hadisələrin regiondakı vəziyyətə “mənfi” təsirindən duyduqları narahatlığı dilə gətiriblər. Onlar eyhamla regionda “erməni irsi” axtarışına çıxıblar. “Sülh Körpüsü” dövlətlər səviyyəsində dəstəklənir və erməni platformasının aparılan kampaniyanın xoruna qoşulması təsadüfi sayıla bilməz.

Ermənistan hakimiyyəti erməni cəmiyyətinin maraqlarını təmsil etdiyi üçün onun təsəvvüründə ictimaiyyətdən gələn sifarişlər nəzərə alınır. Bu baxımdan bir az da irəli gedərək Ermənistanın Azərbaycanın liderliyi ilə formalaşan regional reallıqlara hələ də köhnə pəncərədən baxdığını düşünmək olar.

Belə olduğu təqdirdə rəsmi İrəvanın “sülh” ritorikasının arxasında gizlənən ideoloji və siyasi xəttin şəbəkə halında yönləndirilməsi variantı yaranır.

İkinci sual: Ermənistan cəmiyyəti sülhə hazırdırmı?

Erməni təbliğat dairələrinin sonuncu informasiya əməliyyatları və onun təhlili ilə bu suala “xeyr” cavabı vermək mümkündür.

Ermənistan cəmiyyətinin Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe, mahiyyət etibarilə, uzunillik geosiyasi stereotiplərdən qaynaqlanan subyektiv “müdafiə refleksi” üzərində qurulub. Erməni siyasi və ictimai dairələri regionda Azərbaycanın dominantlığı ilə yaranmış yeni geostrateji situasiyanı və təhlükəsizlik arxitekturasını qəbul etməkdə çətinlik çəkirlər.

Ən diqqətçəkən məqam isə budur ki, mövcud status-kvoya etiraz edən kampaniya, əvəzində regionda əsaslı, etibarlı və davamlı sülhün bərqərar olunmasına xidmət edəcək, konstruktivliyə əsaslanan alternativ sülh tezisi irəli sürə bilmir.

Cəmiyyətdəki sülhə qarşı isterikaya əsaslanan instinktiv reaksiyalar gizli təbliğat mexanizmlərində hakimiyyətin üzərində fokus nöqtəsi yaradır. Ermənistan iqtidarı bu yolla həm xarici təzyiqlər qarşısında özünə diplomatik sığınacaq yaratmağı, həm də Azərbaycana qarşı ideoloji cəbhəni kütlənin əli ilə açıq saxlamağı hədəfləmiş kimi görünür.

Göründüyü kimi, bir neçə ehtimalda Ermənistan hakimiyyətinin məsuliyyət bölgüsü son təbliğat kampaniyasının çərçivəsində sezilir. Bu ehtimalda bəzi propaqanda hərəkətlərinin pərdəarxası sifarişçisinin Ermənistan hakimiyyəti olduğu qənaəti yaranır.

Azərbaycan nə edəcək?

Rəsmi Bakı müharibə ilə ədaləti təmin edib. Dondurulmuş münaqişənin həllinə kömək etməyən diplomatik təmaslar, Ermənistanın hər fürsətdə cəbhə xəttində təxribatlar törətməsi, dalana dirənən danışıqlar nəticəsində müharibə son müdafiə zərurəti idi. Müharibə, üzərindən 3 il keçəndən sonra isə antiterror əməliyyatı regional münasibətləri inkişaf etdirən tendensiya oldu. Azərbaycan müdafiə və təhlükəsizlik çağırışlarından irəli gələrək münaqişəni silahlı vasitələrlə sonlandırsa da, onun davamını sülh gündəliyi ilə tamamlayır.

Bu proqramda regionun çiçəklənməsi, rifahı və təhlükəsiz mühitdə yaşayış, cəmiyyətlərarası inteqrasiya prosesləri əsas yer tutur. Ona görə də, işğaldan azad edilmiş ərazilərə indiyə qədər olan və bundan sonra olacaq səfərlərin təşkili Azərbaycanın ərazi bütövlüyü formatında verilən suveren qərara əsaslanır. Heç bir təbliğat buna kölgə sala bilməz. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda Qafqaz Albaniyasının, Azərbaycan xalqının milli-mədəni irsləri mövcuddur ki, bunun təbliğinin Ermənistana aidiyyəti yoxdur.

Müəllif - Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO