Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan: Türk dünyası ilə Qafqazın qovuşduğu məkan - ŞƏRH

Azərbaycan: Türk dünyası ilə Qafqazın qovuşduğu məkan -  ŞƏRH

Bakı, 17 sentyabr, AZƏRTAC

Müasir dünyanın siyasi xəritəsində elə dövlətlər var ki, onların geosiyasi əhəmiyyətini yalnız ərazi ölçüsü və ya iqtisadi göstəricilərlə izah etmək mümkün deyil. Azərbaycan məhz belə ölkələrdəndir. Onun özünəməxsusluğu yerləşdiyi coğrafiyanın kəsişmə nöqtəsində, tarixi-mədəni kimliyində və müxtəlif regional məkanları birləşdirmək imkanında özünü göstərir. Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm də Qafqaz ölkəsidir. Bu, sadəcə coğrafi və ya etnik mənsubiyyət məsələsi deyil. Bu iki xüsusiyyət Azərbaycanın xarici siyasətinin, regional rolunun və beynəlxalq əlaqələrinin mühüm əsaslarından biridir.

Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və digər ölkələrin dini nümayəndələrindən ibarət heyəti qəbul edərkən söylədiyi fikirlər bu məsələyə xüsusi siyasi məna verdi. Dövlətimizin başçısı vurğuladı: “Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir”. Bu fikir, əslində, Azərbaycanın geosiyasi mövqeyinin qısa və dəqiq formuludur.

Bu sözləri AZƏRTAC -a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və Arxiv şöbəsinin müdiri Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazda yerləşən türk dövlətidir. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsidir. Bu xüsusiyyət Azərbaycanın mövqeyini daha geniş kontekstdə dəyərləndirməyə imkan verir. Bir tərəfdən Azərbaycan Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə ortaq tarixi, dil və mədəni bağlara malikdir. Digər tərəfdən isə o, Qafqazın siyasi, iqtisadi və təhlükəsizlik proseslərinin bilavasitə iştirakçısıdır. Başqa sözlə, Azərbaycan üçün Türk dünyası uzaq bir geosiyasi istiqamət deyil. Azərbaycan həmin dünyanın Qafqazdakı təbii hissəsidir. Qafqaz isə Azərbaycan üçün yalnız xəritədə yerləşdiyi məkan deyil, onun tarixi inkişafının, dövlətçilik ənənələrinin və regional münasibətlərinin ayrılmaz mühitidir.

Azərbaycanın xüsusi rolu təkcə onun harada yerləşməsi ilə bağlı deyil. Əsas məsələ bu coğrafi mövqeyin siyasi və iqtisadi imkanlara çevrilməsidir. Bu gün Azərbaycan Xəzər hövzəsini Qafqazla, Qafqazı Türkiyə ilə, Türk dünyasının geniş coğrafiyasını isə Avropa ilə birləşdirən əsas marşrutlardan birinin üzərində yerləşir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşan nəqliyyat və logistika əlaqələri ölkənin əhəmiyyətini artırır. Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Qafqaz və Türkiyə istiqamətində çıxış imkanlarından biridir. Azərbaycan üçün isə Mərkəzi Asiya ilə əlaqələr Türk dünyasının daha geniş iqtisadi və siyasi məkanına açılan strateji istiqamətdir. Beləliklə, Türk dünyası ilə Qafqaz arasında əlaqə yalnız ortaq tarix və mədəniyyət üzərində qurulmur. Bu gün həmin əlaqə dəmir yolları, limanlar, enerji marşrutları, ticarət və siyasi əməkdaşlıq vasitəsilə yeni məzmun qazanır. Azərbaycanın yerləşdiyi coğrafiya ona bir növ birləşdirici həlqə funksiyası verir.

Türk dünyası, Qafqaz və İslam aləmi

"Prezident İlham Əliyevin həmin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Türk dünyasında və Qafqazda sülhün qorunması idi. Dövlətimizin başçısı qeyd etdi ki, dünyada və Azərbaycanın ətrafında gedən proseslər fonunda Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərmək lazımdır. Çünki sülh bu gün yalnız iki dövlət arasında silahlı qarşıdurmanın olmaması demək deyil. Sülh həm də nəqliyyat yollarının açıq olması, iqtisadi əlaqələrin inkişafı, xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsi və regionların əməkdaşlıq imkanlarından istifadə etməsi deməkdir. Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında yerləşməsi bu məsələdə ona xüsusi məsuliyyət də verir. Qafqazda sabitlik Türk dünyasının qərb istiqamətində əməkdaşlıq imkanlarını genişləndirir. Türk dövlətləri arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafı isə öz növbəsində Qafqazın ümumi iqtisadi perspektivlərinə təsir göstərir. Deməli, bu iki istiqamət bir-birindən ayrı deyil. Onların təhlükəsizliyi və inkişafı getdikcə daha çox qarşılıqlı xarakter alır. Azərbaycanın yerləşdiyi coğrafiya sadəcə xəritədə müəyyən edilmiş ərazi deyil, bu coğrafiya müxtəlif xalqların, dövlətlərin və sivilizasiya məkanlarının qarşılaşdığı, əməkdaşlıq etdiyi və gələcək üçün yeni imkanlar yaratdığı bir məkandır. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də həmin üstünlüyü qorumaq və inkişaf etdirməkdir. Türk dünyası ilə əlaqələri gücləndirmək, Qafqazda sülh və sabitliyə töhfə vermək, İslam dünyası ilə mənəvi və humanitar bağları genişləndirmək Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirə bilər. Azərbaycanın gücü məhz bu çoxşaxəli mənsubiyyətdədir: Türk dünyasına mənsub olmaqla Qafqazın ayrılmaz hissəsi olmaq, Qafqazda yerləşməklə daha geniş Türk dünyasına açılmaq və bütün bu istiqamətləri əməkdaşlıq, sülh və qarşılıqlı əlaqə üçün birləşdirici imkanlara çevirmək", - deyə K. Qənbərov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur