Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT
Bakı, 17 sentyabr, AZƏRTAC
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [15:17]
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeni tədris ilinə start verilib
- 17.09.2026 [14:53]
Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub VİDEO
- 17.09.2026 [14:39]