DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.
Bu barədə AZƏRTAC-a DSX-dən məlumat verilib.
Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:
- Müddətli həqiqi hərbi xidmət keçmiş;
- 30 yaşadək, fiziki cəhətdən sağlam;
- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilər.
Daha ətraflı məlumat üçün əlaqə nömrələri:
(+994 55) 259 89 49
(+994 77) 639 79 39
(+994 70) 322 15 14