Səhiyyə komitəsinin sədri: Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı əsasında 72 mindən çox tibb işçisinin əməkhaqqı artırıldı. Bundan sonra tibb işçiləri, xüsusilə bölgələrdə çalışan mütəxəssislər daha yüksək əməkhaqqı alacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sentyabrın 17-də komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.
“Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, kifayət qədər böyük rəqəmdir və hesab edirəm ki, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir”, - deyə o bildirib.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [14:53]
Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub VİDEO
- 17.09.2026 [14:39]