MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq
Bakı, 17 sentyabr, AZƏRTAC
İnanırıq ki, yeni seçilən dairə seçki komissiyasının üzvləri etimadı doğruldacaqlar. Dairə seçki komissiyaları da Seçki Məcəlləsinin tələbinə əsasən məntəqə seçki komissiyasını formalaşdıracaqlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın sentyabrın 17-də keçirilən iclasında deyib.
"Biz hətta özünü doğruldan komissiya üzvləri ilə bağlı hər zaman tələbkar olmuşuq. Seçki zamanı fəaliyyət həmişə diqqətimizdədir. Hesab edirəm ki, üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq. Komissiya üzvləri hazırlıqlı olmalıdır. Gender məsələsi ilə bağlı rəqəmlər də məni qane etmir. Komissiyalarda qadınların sayı çox olmalıdır. Çalışmalıyıq ki, dairə sədrləri, katiblər qadınlardan seçilsinlər", - deyə MSK sədri diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [17:01]
Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO
- 17.09.2026 [16:38]