İsveçdə parlament seçkilərinin nəticələri məlum olub
Stokholm, 17 sentyabr, AZƏRTAC
İsveç Riksdaqında qırmızı-yaşıl partiyalar 349 mandatdan 176-nı qazanaraq çoxluq əldə ediblər. Tidö razılaşmasına daxil olan partiyalar isə 173 yerə sahib olublar. İki siyasi blok arasındakı fərq 50 min 359 səs təşkil edib.
AZƏRTAC xəbər verir ki, seçici fəallığı 84,8 faiz təşkil edib ki, bu da əvvəlki seçkilərin göstəricisindən 0,6 faiz çoxdur.
Səslərin hesablanmasının son mərhələsinə qədər mandatların bölgüsü qeyri-müəyyən olaraq qalıb. Parlamentdə ayrı-ayrı yerlər Sosial-Demokrat Partiyası, “İsveç Demokratları”, Sol Partiya və Mülayimlər Partiyası arasında dəfələrlə dəyişib.
Qırmızı-yaşıl partiyaların çoxluq əldə etməsindən sonra Sosial-Demokrat Partiyasının lideri Maqdalena Andersson yeni hökuməti formalaşdırmağa çalışacaq. Bu proses Mərkəz Partiyası ilə Sol Partiya arasındakı fikir ayrılıqları səbəbindən çətin ola bilər.
Mərkəz Partiyası Sol Partiyanın hökumətdə iştirakına qarşı çıxır, Sol Partiya isə özü hökumətin tərkibinə daxil olmadığı təqdirdə kabineti dəstəkləmək niyyətində olmadığını bəyan edib.
Hökumətin formalaşdırılması prosesinə başlanmazdan əvvəl Riksdaqın yeni tərkibi parlament sədrini seçməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [16:38]
Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir
- 17.09.2026 [16:19]
Yaponiya Nazirlər Kabinetinin tərkibi yenilənib
- 17.09.2026 [15:24]
İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir
- 17.09.2026 [15:10]
Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub
- 17.09.2026 [13:48]
Fransada yanacağın qiyməti 3 avroya yaxınlaşır
- 17.09.2026 [13:07]