İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib
Qahirə, 17 sentyabr, AZƏRTAC
İran Xarici İşlər Nazirliyi İsveç diplomatından ölkəni tərk etməyi tələb edib.
AZƏRTAC xəbər verir ki, İran bunu İsveçin analoji addımına cavab olaraq atdığını bildirib.
Qeyd edək ki, İsveç Xarici İşlər Nazirliyi sentyabrın 16-da İranın Stokholmdakı səfirliyinin əməkdaşlarından birinin ölkəni tərk etməsini tələb edib. Rəsmi Stokholm bu qərarı həmin şəxsin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərməsi ilə əsaslandırıb. İran XİN İsveçin bu addımını “əsassız” adlandırıb.
İran XİN-in məlumatına görə, İsveçin Tehrandakı səfiri də nazirliyə çağırılıb və ona etiraz bildirilib. İran tərəfi xüsusilə İsveçin “aqressiv ritorika”sını, eləcə də Tehrana qarşı çıxış edən qrupların və şəxslərin ölkədə yerləşdirilməsini tənqid edib.
Beləliklə, Stokholm və Tehran arasında diplomatik qarşıdurma diplomatların qarşılıqlı olaraq ölkədən çıxarılması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]