ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Asiya Ali Audit Orqanları Təşkilatının (ASOSAI) İdarə Heyətinin Astana şəhərində keçirilmiş 63-cü toplantısında iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, toplantıda ASOSAI-nin fəaliyyət istiqamətləri, strateji inkişafı, institusional potensialının gücləndirilməsi, eləcə də üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində təşkilatın müxtəlif komitə və işçi qruplarının iclasları keçirilib, görülmüş işlərə dair hesabatlar təqdim olunub və qarşıdakı dövr üzrə fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ASOSAI-nin cari fəaliyyəti və qarşıdakı dövr üzrə məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [18:30]
Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb
- 17.09.2026 [18:21]
Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub
- 17.09.2026 [18:08]