Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur regionlarına səfər etmələrinin Ermənistanın ictimai-siyasi çevrələrində narazılıq doğurması anlaşılmazdır. Bu torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tərkib hissəsidir. Həmin ərazilərdə diplomatik nümayəndələri qəbul etmək, aparılan bərpa və quruculuq prosesini nümayiş etdirmək Azərbaycanın suveren hüququdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Qarabağ Azərbaycanın tarixi coğrafiyasının mühüm hissələrindən biridir. Bölgədə Qafqaz Albaniyası dövrünə aid tarixi-mədəni irs nümunələri ilə yanaşı, müxtəlif tarixi mərhələlərə aid çoxsaylı abidələr mövcuddur. Azərbaycanın xarici diplomatlara bu irslə bağlı öz yanaşmasını təqdim etməsi də Ermənistanı narahat edəcək fəaliyyət deyil. Belə nəticə çıxır ki, Ermənistanı narahat edən məsələ təkcə sentyabrın 11-12-də bölgəyə səfərin təşkil edilməsi və burada 58 ölkəni, 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatın iştirak etməsi deyil. Çünki bu, 2020-ci ildən sonra Azərbaycan tərəfinin diplomatik korpusla Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi sayca 22-ci birgə səfərdir. İndiki reaksiyalar belə təəssürat yaradır ki, Ermənistanın əsas narahatlığı Qarabağla əlaqədar yeni reallığın getdikcə daha çox beynəlxalq diplomatik praktikaya çevrilməsidir.

“Müşahidə olunan vəziyyət belədir ki, Ermənistanın ictimai-siyasi mühitinin böyük bir hissəsi Qarabağ mövzusunu hələ də tam bağlanmış məsələ kimi qəbul edə bilmir. Paradoksal məqam ondan ibarətdir ki, son etiraz ritorikasında yalnız keçmiş separatçı strukturlarla əlaqəli şəxslərin və müxtəlif ictimai fəalların deyil, həm də Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin mövqeləri görünür. Ermənistan rəhbərliyi bir tərəfdən sülh mesajları verir, Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyini bəyan edir, digər tərəfdən isə Qarabağ məsələsinin müxtəlif formalarda yenidən siyasi müzakirə predmetinə çevrilməsinə şərait yaradır. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı etirazlar Ermənistanın siyasi və ictimai mühitində sülh prosesinə ikili yanaşmanın olduğunu göstərir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın və xarici işlər naziri Ararat Mirzoyanın müxtəlif açıqlamalarında bir tərəfdən eskalasiyadan yayınmaq və sülh prosesini davam etdirmək istəyi ifadə olunur. Digər tərəfdən isə Qarabağla bağlı məsələlərin Ermənistanın siyasi gündəmində müəyyən səviyyədə qalmaqda davam etdiyi görünür. Bu isə keçmiş münaqişənin siyasi və ictimai təsirlərinin tam aradan qalxmadığını göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu baxımdan diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistanda yaranan əks-reaksiyanı yalnız bir səfərlə bağlı reaksiya kimi qiymətləndirmək düzgün olmaz. Bu reaksiya fonunda Ermənistan cəmiyyətinin və siyasi elitasının Qarabağ münaqişəsindən sonrakı reallığı hansı səviyyədə qəbul etməsi məsələsi önə çıxır.

Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh prosesi yalnız sənədlərdə əks olunan prinsiplərdən və siyasi bəyanatlardan ibarət deyil. Bu prinsiplər ictimai-siyasi davranışda da öz əksini tapmalıdır. Azərbaycanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni reallıqların qəbul edilməsi mühüm şərtdir. Ermənistan cəmiyyətində revanşist hisslərin və anti-Azərbaycan ritorikasının mövcudluğu bu baxımdan diqqət çəkir”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, diplomatların Qarabağa səfərinə qarşı Ermənistanda yaranan əks-reaksiyanın, aparılan kampaniyaların bütün nüanslarını təhlil edərkən ciddi bir sual ortaya çıxır: Rəsmi İrəvan həqiqətən keçmiş münaqişənin səhifəsini bağlamağa və yeni reallığı qəbul etməyə hazırdırmı?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub