ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
Vaşinqton, 17 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısı və əlaqədar avadanlığın mümkün satışına razılıq verib.
AZƏRTAC xəbər verir ki, satış paketinin təxmini dəyəri 24,3 milyard dollardır. Paketə 49 mühərrik, ehtiyat hissələri, proqram təminatı, təlim və texniki-logistik dəstək daxildir.
Açıqlamaya görə, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək, regiondakı hərbi tarazlığı isə dəyişməyəcək. Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləridir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [23:15]
Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub
- 17.09.2026 [22:54]
Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
- 17.09.2026 [21:40]
Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
- 17.09.2026 [21:14]
Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib
- 17.09.2026 [20:15]