Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib
Vaşinqton, 17 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gələcək gedişi ilə bağlı mühüm qərar qarşısında olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Axios”a müsahibəsində danışıb.
“Qarşıda böyük bir qərar verməliyəm. Gedib onları – İran rejimini tamamilə məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük qərardır. Hər şey mümkündür”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə keçirəcəyi görüşdə onların müharibənin növbəti mərhələsi ilə bağlı mövqelərini öyrənmək istədiyini də deyib.
“Onların mövqelərini və vəziyyətlərinin necə olduğunu öyrənmək istəyirəm. Biz onları ciddi şəkildə qorumuşuq”, – deyə Tramp əlavə edib.
O, İranla bağlı yekun qərarını ABŞ-də aralıq seçkilərindən əvvəl, yoxsa sonra verəcəyini açıqlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]