Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin sentyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin sentyabrı

Bakı, 27 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

5 sentyabr. Prezident Heydər Əliyev Respublikanın müdafiə qüdrətinin möhkəmlənməsi məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

8 sentyabr. Moldova ilə Azərbaycan arasında yaxın 5 il müddətində ticarət-iqtisadi əməkdaşlığın prinsipləri haqqında sənədlərin imzalanması mərasimində iştirak etdi.

9 sentyabr. 1992-ci il oktyabrın 16-da ona “Səs” qəzeti vasitəsilə müraciət etmiş Azərbaycan ziyalıları ilə görüşdü.

12 sentyabr. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirdi.

13 sentyabr. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəni və Zəlimxan Yaqubu qəbul etdi.

14 sentyabr. Azərbaycan Respublikası ilə Ümumdünya Bankı arasında sənədlərin imzalanması mərasimində nitq söylədi.

17 sentyabr. Respublika kimya sənayesinin işçiləri ilə görüş keçirdi.

18 sentyabr. Bakıda ikinci Protez-Ortopedik Mərkəzin açılışında iştirak etdi.

Beynəlxalq Valyuta Fondunun nümayəndələrini qəbul etdi.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun 110 illik yubiley tədbirində nitq söylədi.

20 sentyabr. “Hər şey insan üçün” birinci Azərbaycan Beynəlxalq Ticarət Sərginin açılış mərasimində çıxış etdi.

Azərbaycan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşdü.

Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Rauf Hacıyevlə vida mərasimində iştirak etdi.

22 sentyabr. Qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə əlaqədar müşavirə keçirdi.

X X X

Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə yaranmış dərin sosial-iqtisadi böhran, xaos və anarxiya Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoymuşdu. Həmin vaxt ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Belə bir ağır vaxtda xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, Azərbaycanı düçar olduğu vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bu məqsədlə bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət ünvanladı. Onlar Ulu Öndərin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə təşəbbüs irəli sürdülər.

1995-ci il sentyabrın 9-da Heydər Əliyev ona “Səs” qəzeti vasitəsilə müraciət etmiş həmin ziyalılarla görüşdü. Ulu Öndər görüşdəki çıxışında ölkəmizin həyatında baş verənləri dərindən təhlil etdi, o vaxt cərəyan edən hadisələrdən sarsıldığını, xalqın taleyinə biganə qala bilmədiyini dilə gətirdi.

Sitat: “Azərbaycanın iqtisadi və sosial vəziyyətinin indiyədək istənilən səviyyəyə qaldırılmamasının əsas səbəblərindən biri də respublikamızın daxilində gedən bu proseslərdir. Həmin müraciətdə ziyalılar yazırdılar: "Hakimiyyətdə olan qüvvələr deyirlər ki, ordu da, polis də bizim əlimizdədir, biz hakimiyyəti nə olur-olsun əldən verməyəcəyik". Bəs ordu, polis, bir sözlə, hər şey onların ixtiyarında olduğu halda nə üçün 93-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir? Bəli, vətəndaş müharibəsi! Bax, sizin o müraciətiniz həyəcan təbili idi. Mən də öz cavabımda yazmışam ki, Azərbaycanı parçalamaq meyilləri var. Mən bunu hələ oktyabr ayında göndərdiyim cavabımda yazmışdım. Əlbəttə, o vaxt nə mən, nə də siz bunu havadan götürməmişdik. Siz bu sözləri bir ziyalı kimi yazırdınız. Reallığa söykənərək yazırdınız. Həqiqətdə də belə oldu. 93-cü ilin may-iyun aylarında burada vətəndaş müharibəsi başladı, Azərbaycanı parçalamaq niyyəti reallaşdı. Azərbaycan parçalandı, cənub zonası əldən getdi, Gəncə Azərbaycanın dövlət hakimiyyətindən tamamilə çıxdı”.

Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Ulu Öndər, eyni zamanda, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını mühüm vəzifələrdən biri kimi müəyyən etmişdi. 1995-ci il sentyabrın 18-də Bakıda ikinci Protez-Ortopedik Mərkəzinin açılması bu istiqamətdə daha bir mühüm addım oldu. Bununla bağlı keçirilən tədbirdə çıxışı zamanı Heydər Əliyev bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin açdığı Protez-Ortopedik Mərkəz Ermənistanın təcavüzü nəticəsində əlil, şikəst olmuş adamların sağalması, əmək fəaliyyətinə qayıtması üçün çox faydalı olacaq.

Dahi lider Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə sosial-iqtisadi, müdafiə məsələləri ilə yanaşı, milli mədəniyyətdən də diqqət və qayğısını əsirgəmirdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran keçirirdi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyətimizi məhv olmaq təhlükəsindən qurtardı.

1995-ci il sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirində çıxışı zamanı Ulu Öndər dahi bəstəkarın yaradıcılığı fonunda xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələrdən danışdı.

Sitat: “Bizim çoxəsrlik ədəbiyyatımız var - Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif və bunlardan sonra gələn dahilər. Bizim qədim memarlıq abidələrimiz var. Bizim qədim rəssamlıq sənəti nümunələrimiz var. Azərbaycan xalqı dünya

sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir.

Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir”.

Ulu Öndər hakimiyyətə qayıdarkən elan etmişdi ki, Azərbaycan azad iqtisadiyyat yolu seçib. O, 1995-ci il sentyabrın 20-də Bakıda keçirilən “Hər şey insan üçün” birinci Azərbaycan Beynəlxalq Ticarət sərgisinin rəsmi açılışı mərasimində çıxış edərkən bunu bir daha vurğulayaraq xarici şirkətləri Azərbaycanla əməkdaşlığa çağırdı: “Mən bu gün burada bir daha bəyan edirəm ki, Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə aparır və daim aparacaqdır. Bu yolu şərəflə, müvəffəqiyyətlə keçmək üçün biz xarici ölkələrin şirkətləri ilə sıx əməkdaşlıq etmək istəyirik və mən onları bu əməkdaşlığa dəvət edirəm. Bir daha elan edirəm ki, xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün bütün şərait yaradılacaq və onların əməli fəaliyyətdə qarşılaşdıqları maneələr də aradan götürüləcəkdir”.

Həmin gün Azərbaycan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşü zamanı Heydər Əliyev bazar iqtisadiyyatının və islahatların alternativi olmadığını bir daha diqqətə çatdıraraq bildirdi ki, məqsəd mülkiyyət formasının tədricən dəyişdirilməsi, bazar iqtisadiyyatı yolu ilə gedilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha da sıx inteqrasiya olunması və xarici şirkətlərin Azərbaycana sərmayə qoyması, onların vasitəsilə Azərbaycan iqtisadiyyatının canlandırılması və hərəkətə gətirilməsidir.

Heydər Əliyevin neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşündəki nitqindən

• Neft sənayesində bizim vəziyyətimiz başqa sahələrə nisbətən, demək olar ki, yaxşıdır. Baxmayaraq ki, problemlər çoxdur, - ağır vəziyyət haqqında burada nə qədər danışıldı, - ancaq sənayemizin bütün başqa sahələrinə nisbətən neft sənayesinin vəziyyəti fərqlidir. Fərqlidir ona görə ki, biz neft çıxarırıq, fərqlidir ona görə ki, neft emal edirik. Ölkəmizin, respublikamızın neft məhsullarına olan tələbatını tamamilə ödəyə bilərik və neftin bir hissəsini ixrac edirik. İqtisadiyyatımızın və xüsusən sənayemizin başqa sahələrində bu cəhətdən imkanlarımız çox məhduddur. Ancaq, eyni zamanda, biz neft sənayesinin potensialının hamısından istifadə edə bilmirik.

• Bir də deyirəm: bizim yolumuz mülkiyyətin formasını dəyişdirməkdir, bazar iqtisadiyyatını inkişaf etdirməkdir. Ancaq oğurluqla yox, quldurluqla yox, ayrı-ayrı adamların qeyri-qanuni yollarla bu işləri ələ keçirməsi ilə yox, qanuni yolla, qanun çərçivəsində, bir də sosial ədaləti unutmadan, onun prinsiplərini saxlayaraq inkişaf etdirməkdir.

• Mən Azərbaycan neftçilərinin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Neftçilər Azərbaycan tarixində əvəzsiz xidmətlər göstərmişlər, əsrin əvvəlindən indiyədək Azərbaycanın şanını-şöhrətini qaldırmışlar. Respublikanın bütün iqtisadiyyatının inkişafı neft sənayesi ilə bağlıdır. Demək, Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır.

• Nəhayət, bu gün iqtisadiyyatdan söhbət getdiyinə görə mən bir də bildirmək istəyirəm ki, iqtisadiyyatımızın bu ağır vəziyyətdən çıxması yolu iqtisadiyyatda islahatların aparılmasıdır, özəlləşdirmə proqramının həyata keçirilməsidir, bütün islahatların keçirilməsidir və mülkiyyətin formasının dəyişdirilməsidir. Bunun üçün bütün sahələrdə, o cümlədən neft və qaz sahəsində də ciddi işlər görülməlidir. Ancaq bu işlər qanun çərçivəsində, proqramımız çərçivəsində aparılmalıdır. Bu işləri görərkən heç kəs nə vəzifəsindən, nə də imkanlarından sui-istifadə etməməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib

“Biletim.az” portalında daha bir funksiya aktivləşdirilib

Media nümayəndələri “B-READY” hesabatının metodologiyası barədə məlumatlandırılıblar

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycanın turizm imkanları Pakistanda təqdim edilib

Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub

Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək

Paytaxtda iki məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib

İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb

Professor: Türk xalqları arasında bu gün də alban adlı tayfalar var

Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

“Sumqayıt”ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir - RƏY

Həsən Həsənov: Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların araşdırılmasına ehtiyac var

Gənclər və İdman Nazirliyi DİN-lə birgə maarifləndirmə kampaniyasına başlayıb

BMU-BUCEA ikili diplom proqramının magistrantı Çində üç müsabiqədə birinci olub

® Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

Almaniyada avtomobil sənayesi işçiləri ixtisarlarla bağlı kütləvi tətil keçirəcəklər

Hörmüz boğazında gəmi vurulub

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

“Zirə”nin 3 legioner futbolçusu milli komandalara dəvət alıb

® “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans olub

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Aselişad / Xorvirab məbədi

“18 əsərin sehri”: Azərbaycan musiqisinin inciləri bir səhnədə

İpoteka və Kredit Zəmanət Fondu indiyədək 60 mindən çox borcalana kredit verib

Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb

Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş “Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb

Tbilisidəki konfransda regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar müzakirə olunub

Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

Azərbaycan nümayəndə heyəti AEBA-nın Baş Konfransının növbəti sessiyasında iştirak edib

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb

Əfran İsmayılov: Portuqaliyalı qapıçı ilə danışıqlar aparırıq, razılıq əldə olunmaq üzrədir

Seyid Yəhya Bakuvi məktəbinin təsir dairəsi Balkanlardan Misirə və ərəb ölkələrinə qədər genişlənib

Azərbaycanın TDT-də artan rolu – Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir - TƏHLİL

® “Bir” Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Azərbaycan sülhə, sabitliyə və Qafqazın davamlı inkişafına sadiqliyini nümayiş etdirir

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Avropa Parlamentinin deputatı Fransanın daxili işlər nazirini məhkəməyə verib

Tarixçi: Biz tam hüquqla Qafqaz Albaniyasının həqiqi varisləri olduğumuzu deyə bilərik

Nəsillər: X-dən Alfaya-dək: Müxtəlif nəsillərin maliyyə davranışı və dəyərləri – MÜSAHİBƏ

ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb

“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB VİDEO

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB VİDEO

Sabahın hava proqnozu açıqlanıb

Qafar Cəbiyev: Qəbələdə saray tipli ictimai binanın qalıqları tədqiq edilir