Fərhad Məmmədov: Radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Hazırda radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur. “Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ancaq bu yolla elmi və siyasi səviyyədə təsiri görüləcək”, - deyə Fərhad Məmmədov bildirib.