CƏMİYYƏT
® Bakının estetik görüntüsünə xələl gətirən reklamlar yeniləri ilə əvəzlənir
Şəhərdə aparılan abadlıq quruculuq işləri çərçivəsində açılışı olan park, xiyaban, məktəb, bağça və ümumi sosial layihələr yerləşən ünvanlarda ətraf ərazinin estetik görünüşünə uyğun olmayan, xələl gətirən reklamlar aradan qaldırılıb, sahibkarlara eskiz layihələr təqdim olunaraq yeni reklam qurğuları quraşdırılıb. Bu istiqamətdə işlər şəhərin bütün küçə və prospektlərində davam etdirilir.
Bakıda cari ilin 9 ayı ərzində şəhərin estetik görünüşünə xələl gətirən, texniki tələblərə cavab verməyən, dövlət dili haqda qanunvericilik aktlarının tələblərini pozan 9 min 419 ədəd müxtəlif növ reklam daşıyıcısı demontaj olunub. Qanun pozuntularının aradan qaldırılması barədə sahibkarlara 761 icrası məcburi olan yazılı göstəriş göndərilib.
Regional Reklam İdarələri tərəfindən isə ümumilikdə 4 min 767 reklamın yayımı dayandırılıb.