Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Gülnar Xəlilova: Ehtiyacı olan xəstələr üçün qan vermək vacib və savabdır

Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin rəisi hematoloq Gülnar Xəlilova qanın orqanizmdəki rolu və funksiyaları barədə bir sıra suallara cavab verib.

-Həkim, insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan qan haqqında nə deyə bilərsiniz?

-İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir, orqanizmin bütün toxumalarını və orqanlarını qidalandırır. Orta hesabla yaşlı insanın bədənində qan ümumi kütlənin 6-8 faizini təşkil edir və ya bədən kütləsinin 1 kiloqramına 65-80 ml qan düşür. Qan bir çox həyati əhəmiyyətli funksiyaları yerinə yetirir.

-Donorluq barədə məlumat verməyinizi xahiş edirik...

-Donorluğun müxtəlif növləri var - tam qan donorluğu və komponent donorluğu. Kişilər ildə 5 dəfədən çox, qadınlar ildə 4 dəfədən çox olmayaraq tam qan verə bilərlər. Qan verdikdən sonra donorun yenidən qan verə bilməsi üçün ən azı 60 gün keçməlidir. Qan verdikdən sonra donorun plazma verməsi üçün ən azı 30 gün keçməlidir. Plazma verildikdən sonra donorun yenidən plazma və ya qan bağışlaması üçün ən azı 14 gün keçməlidir.

-Həyati əhəmiyyətli funksiyalar hansılardır?

-Qan həyat üçün o qədər zəruridir ki, tibb elminin inkişafından asılı olmayaraq onun alternativi yoxdur. Qan tənəffüs sistemi üçün əvəzolunmaz vəzifəni - oksigenin ağ ciyərlərdən toxumalara daşınması və karbon qazının toxumalardan ağ ciyərlərə daşınmasını yerinə yetirir. Qan, eyni zamanda, qida maddələrini və oksigeni hüceyrələrə çatdırır, qan hüceyrələri yad mikroorqanizmlərlə mübarizədə fəal iştirak edir. Qan toxumalardan maddələr mübadiləsi məhsullarını çıxarır, bədənin temperaturunu nizama salır.

-Siqaret çəkən şəxs donor ola bilərmi?

-Siqaret çəkmək donorluq üçün əks göstəriş deyil. Mütəxəssislər qanvermə prosedurundan bir saat əvvəl siqaretdən imtina etməyi, donorluqdan sonra isə iki saat siqaret çəkməməyi tövsiyə edir.

-Qanvermə aksiyaları zamanı toplanan qandan necə istifadə olunur və həmin proses necə tənzimlənir?

-Hər il dünyada təxminən 117 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Mütəmadi olaraq ölkəmizdə də qanvermə aksiyaları təşkil olunur. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkil etdiyi qanvermə aksiyalarında qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə ənənəyə çevrilmiş qanvermə aksiyalarında könüllülər fəal iştirak edirlər. Əvvəlcədən həkim-hematoloqlar tərəfindən donor olmaq istəyənlərin sağlamlığı yoxlanılır, hərtərəfli tibbi müayinə aparılandan sonra onlardan qan götürülür. Hazırda irsi qan xəstəliyi olan xəstələrin, həmçinin cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı da artırır. Donorlardan toplanan qan hemofiliya, talassemiya, anemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunur.

-Donor qanı kimlərə lazımdır?

-Yer üzündə hər üç nəfərdən biri öz həyatında ən azı bir dəfə qan donoruna ehtiyac duyur. Donor qanına ehtiyacı olanların bir neçə kateqoriyası var. Qan preparatlarına ömürlük ehtiyacı olanlar, ilk növbədə, hemofiliyalı xəstələrdir. Əgər qanda kifayət qədər laxtalanma faktoru varsa və xəstə uşaqlıqdan adekvat dəstəkləyici terapiya alıbsa, onda o, başqalarından heç də fərqlənmir və adi bir insan həyatı yaşayır. Qanın laxtalanma faktorları olmayan xəstələrin həyatı, sadəcə, mümkün deyil.

Xərçəng xəstələrinin daim donor qanına ehtiyacı var. Bədxassəli şişlərin müasir müalicəsi şiş hüceyrələrinin öldürülməsini nəzərdə tutur. Şiş hüceyrələri ilə yanaşı, normal qanın yaranması da bir müddət dayanır. Məhz həmin dövrdə xəstənin donor qanının komponentləri, xüsusən də əvəzedicisi olmayan, hətta yaxın gələcəkdə də gözlənilməyən müalicəyə - trombositlər ilə terapiyaya ehtiyacı var.

Cərrahi patologiyası olan xəstələr üçün də donor qanı lazımdır. Bunlar əsasən oynaqların dəyişdirilməsinə ehtiyacı olan və ürək cərrahiyyə əməliyyatları keçirən xəstələrdir. Cərrahi əməliyyatlar qan damarlarının və toxumalarının zədələnməsini və itirilmiş qan komponentlərini bərpa etmək ehtiyacını ödəyir.

Doğuş zamanı qadınlara tez-tez qanköçürmə tələb olunur. Həmin proses zamanı qadınların müəyyən bir hissəsi həmişə qan itkisi riski altındadır, bu da ana və uşağın həyatını xilas etmək üçün lazımi şəkildə kompensasiya edilməlidir.

Həmçinin bəzən yenidoğulmuşların hemolitik xəstəliyi olur və onlara erkən diaqnoz qoyulub müalicə edilə bilər. Həmin müalicə proseduru zamanı xəstə uşaqlara çoxlu sayda müxtəlif qan komponentlərinin köçürülməsi lazımdır.

-Gülnar həkim, qanvermənin fayda və zərərləri barədə nə deyə bilərsiniz? Kimlər donor ola bilər?

-Sağlamlığı imkan verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır. Hər qan donorluğu çox qiymətli, həyat xilas edən bir hədiyyədir. Qana ehtiyacı olan xəstələr üçün qan vermək həm vacib, həm də savab işdir. Bəzən elə xəstələr olur ki, qan çatışmazlığı nəticəsində həyatını itirir. Hətta elə xəstələr olur ki, onlara vaxtaşırı qan köçürmək lazım gəlir. Qəza zamanı qan itirən xəstələrə və bəzi qan xəstəlikləri zamanı qanköçürməyə daha çox ehtiyac olur. Hər bir sağlam kəs ildə iki dəfə qan verə bilər. Qan vermək insanın sağlamlığı üçün faydalıdır və qan hüceyrələri yenilənir. Çəkisi 50 kiloqram və yaşı 18-65 arasında olan hər bir sağlam adam qan verə bilər.

Qanvermənin faydalarından bəhs edərkən deməliyəm ki, hər qanvermədən sonra orqanizmdə qan hüceyrələri təzələnir, qanda yağın miqdarı, ö cümlədən ürək xəstəlikləri riski 90 faiz azalır. Qan vermək orqanizmi cavanlaşdırır. Sağlam həyat tərzi üçün ildə bir dəfə qan vermək faydalıdır. Qan verən donor özünü yüngül və rahat hiss edir, onun qanyaradıcı orqanları fəaliyyətini gücləndirir və yeni qan yaratmaq üçün hərəkətə başlayır. Qanvermənin zərəri yoxdur, qan verdikdən sonra yüngül başgicəllənmə, ürəkbulanma, titrətmə, tərləmə müşahidə oluna bilər və onlar da tezliklə keçib gedir.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək