® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit
Müştərilərinin müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün çevik həllər təqdim edən “AccessBank” 50 min manatadək nağd kredit imkanını təklif edir.
Nağd kreditüzrə illik faiz dərəcəsi 9,5 faizdən başlayır, kredit müddəti 6 aydan 48 ayadək, komissiya isə 0-3 faiz təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 15 faizdir. Kreditin yekun şərtləri seçilən məbləğə, müddətə və tətbiq olunan komissiyaya əsasən müəyyənləşdirilir.
Müştərilər “AccessBank”ın kredit kalkulyatoru vasitəsilə seçdikləri məbləğ və müddət üzrə aylıq ödənişi hesablaya bilərlər. Onlayn müraciət vasitəsilə filiala gəlmədən kredit üçün müraciət etmək və uyğun təklif əldə etmək mümkündür. Beləliklə, müştərilər həm kredit şərtlərini əvvəlcədən hesablaya, həm də müraciəti onlayn şəkildə həyata keçirə bilərlər.
Nağd kreditlə yanaşı, müştərinin istəyinə əsasən “OK” kredit kartı da təqdim olunur. Kart gündəlik alış-veriş və ödənişlər üçün əlavə maliyyə imkanı yaradır.
“AccessBank” müştərilərinin rahatlığı üçün çevik seçimlər təqdim edir.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.