Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Ramin Rzayev – Peşəkar, vətənpərvər, xeyirxah, humanist həkim

Bizi həyata Ulu yaradan gətirib, olumdan ölümə taleyimizi də Uca Tanrı yazıb. Bizə verilən ömrü həkimlər qoruyur. Bu baxımdan həkimlik, sadəcə, bir peşə deyil, İlahinin ən yaxın yardımçısı olmaqdır. Tək Allahımız alın yazımızın yarımçıq pozulmamasını həkimlərə həvalə edib.

Elə biz özümüz də ən qiymətli sərvətimiz olan həyatımızı “ağxalatlı şəfqət mələkləri”nə etibar etmişik. Son ümid qapısı saydığımız tibb işçiləri həyat keşikçiləri kimi ömrümüzə xoşbəxtlik, ahəng qatıblar. Buna görə də həmişə həkimlər seçiliblər, seviliblər. Onlara ən böyük hədiyyəmiz minnətdarlığımız, dualarımız olub. Müdriklərin dediyi kimi, həkimlər öz xoşbəxtliklərini başqalarına qazandırdıqları xoşbəxtlikdə tapırlar. Bu, onların xoşbəxtlər xoşbəxti olması deməkdir.

Taleyinə belə müqəddəs missiya düşmüş, alnına belə bir xoşbəxtlik yazılmış tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının travmatologiya və ortopediya şöbəsinin rəisi Ramin Rzayev həkim kimi müqəddəs amallar uğrunda yorulmadan mübarizə apara-apara özü müqəddəsləşdi. İllərdən bəri dayaq-hərəkət problemi olan insanları ayağa qaldırıb onları fəal həyata qoşmaqla xalqımıza layiqli xidmət göstərmiş bu təbib fəaliyyəti ilə həkimlik peşəsinə şərəf gətirib. Bu yerdə antik dövrün bir hikmətli pritçası yada düşür. Kral Dionis Aristoteldən soruşur ki, görəsən, niyə hər gün filosoflar hökmdarların ziyarətinə gedir, heç bir hökmdar yerindən qalxıb bir filosofun ziyarətinə getmir? Aristotel suala özünəməxsus, dahiyanə cavab verir: “Yataqdan qalxa bilməyən xəstələrin yanına həkimlər özləri gedərlər. Belə xəstələrin isə onların yanına getməsi mümkün deyil!”.

Hökmdarı yataq xəstəsinə bənzədən Aristotel bu müqayisədə həkimləri filosoflara bərabər tutur. Bu hikmətə söykənsək, həkimliyin fəlsəfəsi Tanrının verdiyi ömrün qorunmasındadırsa, həkimin filosofluğu belə bir ilahi missiyaya qulluq etməsindədir. Həkimlər bədənimizin və ruhumuzun sirlərini bilən, onun fəsadlarını incələyib aradan qaldıran hikmət sahibləridir.

Amma Ramin Rzayev təbabətin insanı ayaqda saxlayan, yıxılmağa qoymayan sahəsinin hikmətlərini, sirlərini dərindən bilib xəstəliklərə əlac edən, xəstələrə nicat verən bir travmatoloq-həkimdir. Ağrıdan taqətsiz hala düşən qamətimizi yenidən dikəltmək, yerişimizi bərpa etmək kimi mürəkkəb əməliyyatları icra etməklə yıxılan xəstələri ayağa qaldırır, onlara həyat eşqi bəxş edir. İllərdən bəri xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanan Ramin Rzayev xəstələrə təkcə şəfa deyil, eyni zamanda inam da verir. Yüksək tibb təhsili və zəngin iş təcrübəsi olan Ramin həkim ölkəmizin ən yaxşı həkim-cərrahlarından biri kimi tanıdır.

O əvvəlcə Azərbaycan Tibb Universitetini bitirib, sonra akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin internatura, ordinatura və aspirantura pilləsini uğurla başa vurub. Bir müddət Sankt-Peterburqda Canelidze adına Təcili Yardım Elmi Tədqiqat İnstitutunun travmatologiya-ortopediya bölməsində çalışıb. 2011-ci ildən isə Vətənə dəvət alaraq Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir. Hazırda travmatologiya şöbəsinin rəisidir. Ramin həkim Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” adlı 2354320 saylı və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşayiət olunan zədələnmələrinin müalicə üsulu” adlı 2364359 saylı patentlərin həmmüəllifidir. O, “Travmatik şokla müşayiət olunan xəstələrdə həlqəsinin tamlığı pozulmuş çanağın zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda elmi işinə görə də 2 patent almışdır. Mütəxəssislər bu uğuru tibb elminin bu sahəsində hadisə kimi qiymətləndiriblər.

Peşəkar həkim olan Ramin Rzayev həm də vətənpərvər, xeyirxah, humanist bir insandır. O, dünyanın məşhur xəstəxanalarında işləməyi deyil, ölkəmizdə çalışmağı üstün tutub və fəaliyyətini Vətəndə davam etdirir. Ölkəmizdə tibbin travmatologiya-ortopediya sahəsinin inkişafında onun elmi və təcrübi fəaliyyəti yüksək nəticələrlə müşayiət olunur. Bilik və bacarığı ilə cəmiyyətimiz üçün faydalı olan və sağlam həyat naminə yorulmadan çalışan Ramin Rzayevin həkim, vətəndaş kimi fəaliyyəti gənc tibb işçiləri üçün örnəkdir. Tanınmış travmatoloq-cərrahın elmi nailiyyətləri və milli səhiyyəmizin inkişafındakı sanballı xidmətləri onu tanıyanlarda hədsiz rəğbət doğurur, bu insana hörmət qazandırır. Ramin həkimin parlaq istedadı, yüksək insani keyfiyyətləri, müqəddəs fəaliyyəti şəfa verib həyata qaytardığı çoxsaylı insanda heyranlıq yaradır. Əminəm ki, Ramin həkimin bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq.

 
Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb