"Çelsi” - “Arsenal” matçında ikinci hissə oynanılır
Bakı, 30 may, AZƏRTAC
Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında - “Çelsi” - “Arsenal” matçında ikinci hissə oynanılır.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə komandaların səylərinə baxmayaraq hesab açılmayıb.
Oyunu italiyalı referi Canluka Rokkinin idarə edir.
Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə edilib.
Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.
Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.