İDMAN
"Gəncə" idman klubunun həyata keçirəcəyi layihələr barədə fikir mübadiləsi aparılıb
Bakı, 21 may, AZƏRTAC
“Gəncə" idman klubunun İdarə Heyətinin sədri Elvar Osmanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə klubun gələcək perspektivləri müzakirə olunub, həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
S.Tomuyeva klubun nailiyyətləri barədə məlumat verilib. Qeyd olunub ki, idmançıların məşq etməsi üçün klubun bazası əsaslı təmir edilir və idman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.
S.Tomuyev klubun uğurlarını yüksək qiymətləndirib və gələcəkdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Gənclərin vətənpərvər ruhda böyüməsi və idmana cəlb olunması istiqamətində kluba həmişə dəstək olacaqlarını diqqətə çatdırıb.
Sonda klubun xatirə hədiyyəsi S.Tomuyevə təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]