"Avro-2024": Azərbaycan millisi ilə oyunda Estoniya yığması fasiləyə üstün yollanıb
Bakı, 17 iyun, AZƏRTAC
"Avro-2024"ün seçmə mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Azərbaycan-Estoniya oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçın birinci hissəsi Estoniya yığmasının minimal üstünlüyü ilə başa çatıb - 1:0.
İlk hissənin 27-ci dəqiqədə Martin Miller fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.