"AzerGold"un rəhbəri: “CIL layihəsinin icrasına 380 milyon manat investisiya qoyulub”
Bakı, 30 yanvar, AZƏRTAC
CIL (Carbon in leach) layihəsinin icrasına 380 milyon manat investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəsait dövlət büdcəsinə əlavə yük yaradılmadan, QSC-nin fəaliyyəti nəticəsində əldə edilmiş vəsait hesabına təmin edilib.
“Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastrukturla birgə 22 aya tamamlanan Çəndə Qələviləşdirmə Zavodu illik 1,1 milyon ton filizüyütmə potensialına malikdir. Zavodun fəaliyyəti ilə sulfidli filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın ayrılma nisbətinin 50 faizdən 90 faizədək artırılmasına, iqtisadi səmərəliliyin təmin edilməsinə nail olunub. Bununla birgə sulfidli filizlərin 50 faiz çıxımla emalı riski aradan qaldırılıb”, - deyə Zakir İbrahimov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]