"Azəriqaz": Tariflər hər zaman bazar reallığını tam əks etdirmir
Bakı, 3 oktyabr, AZƏRTAC
Təbii inhisar dünyada yüksək kapital tutumu olan sahələrdə ola bilər. "Azəriqaz" İstehsalat Birliyi - təbii inhisarçı olaraq öz rolumuzu, məsuliyyətimizi bilirik.
AZƏRTAC xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev II Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, tariflər hər zaman bazar reallığını tam əks etdirmir.
“Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur. Bu isə uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək. Liberal bazara keçid hər ölkədə fərqli ola bilər. Sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və investisiya imkanlarını məhdudlaşdıra bilər. Amma biz sosial öhdəliklərə xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmlidir", - deyə T.Əmmayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]