"Bakı-2017": Suyatullanma yarışlarının ikinci günü
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarının ikinci günündə qadınlar mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 10 metr platformadan suyatullanma yarışlarında ölkəmizi Olqa Bıkovskaya təmsil edir.
Yarışda qızıl medal uğrunda indoneziyalı Della Harimurti, türkiyəli Sinəm Sağlam mübarizə aparırlar.