"Barselona" Robert Levandovski ilə bağlı qərarını verib
Bakı, 6 dekabr, AZƏRTAC
İspaniyanın "Barselona" komandası futbolçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 36 yaşlı hücumçunun çıxışından razı qalıb və növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətindədir. La Liqa klubunun yeni hücumçu axtarışında olmadığı bildirilib.
Bununla da polşalı oyunçunun müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılacaq.
Bu mövsüm Robert Levandovski "Barselona"nın heyətində 20 matçda iştirak edib, 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avro göstərilib.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionatında 15 oyundan sonra 34 xalla turnir cədvəlinə liderlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]