"GÖMRÜK XƏBƏRLƏRİ" QƏZETİNİN 8 YAŞI TAMAM OLMUŞDUR
Səkkiz il əvvəl ilk nömrəsi ilə oxucuların görüşünə gələn "Gömrük xəbərləri" qəzeti ötən müddətdə dəst-xətti, özünəməxsus üslubu ilə geniş oxucu kütləsi qazanmış, Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələri operativ işıqlandırmışdır. Bu mətbu orqan Azərbaycanda gömrük sahəsində çalışanların fəaliyyəti ilə yanaşı, cəmiyyətdə baş verən yenilikləri də ictimaiyyətə çatdırır.“Gömrük xəbərləri”nin yaradıcı kollektivi yubiley nömrəsində oxucuları əmin edir ki, onlarla hər görüşə aktual mövzularda yazılarla gələcəkdir.