Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər
Bakı, 10 avqust, AZƏRTAC
“Balakhani Operating Company LTD” hasilat şirkəti və FHN-in Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi əməkdaşlığı gücləndirir. Belə ki, tərəflər bununla bağlı birgə seminar təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədilə şirkətin SƏTƏM qaydaları, xüsusilə də qapalı sahələrdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bilik və bacarıqlara dair təqdimatla çıxış edib.
Müzakirələr zamanı zədə və xəsarətlərin qarşısının alınması ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Eləcə də yanğın təhlükəsizliyi qaydaları mövzusunda İdarənin profilaktika sektorunun əməkdaşları ilə seminarların davam etdirilməsi razılaşdırılıb.