Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir
Bakı, 10 avqust, AZƏRTAC
Çempionluq mübarizəsində “Neftçi”, “Qarabağ” və “Sabah” əsas favoritlərdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vəli Qasımov Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü ilə bağlı danışarkən deyib.
O, çempionatla bağlı proqnoz verməyin erkən olduğunu bildirib: “Premyer Liqanın startına az vaxt qalıb. Çempionluq uğrunda mübarizə aparan komandalar adətən öz büdcələrinə uyğun formalaşırlar. Demək olar ki, komandaların əksəriyyəti heyətini yeniləyib. Mövsüm başlayandan sonra kimin hansı səviyyədə olduğunu, necə oyun nümayiş etdirdiyini görmək mümkün olacaq. Buna görə də indidən hansı kollektivlərin Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağını söyləmək çətindir”.
Mütəxəssis çempionatın ildən-ilə daha da inkişaf etdiyini və maraqlı oyunların sayının artdığını qeyd edib: “Düşünürəm ki, bu mövsümdə də maraqlı qarşılaşmalar izləyəcəyik. Hazırda bir çox komanda yeni heyət formalaşdırır. Açığı, bəzi komandaların heyətində baş verən dəyişikliklər barədə çox məlumatım yoxdur. Ona görə də hansısa sürpriz komandanın olub-olmayacağını indidən söyləmək çətindir. Hamısına uğurlar arzulayıram. İnanıram ki, yeni mövsüm maraqlı və rəqabətli keçəcək”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də “Turan Tovuz” – “Qəbələ” oyunu ilə start veriləcək. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]