Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Bakı, 10 avqust, AZƏRTAC

Ötən il avqustun 8-i Azərbaycan diplomatiyasının müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qalıb. Həmin gün Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüş təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi və iqtisadi mənzərəsi üçün yeni imkanlar yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən danışıqlar uzun müddət davam edən diplomatik prosesin mühüm mərhələsinə çevrildi. Görüşün yekununda qəbul edilən sənədlər regionda davamlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova deyib.

O, Vaşinqtonda baş verənlərin bir günün və ya bir neçə aylıq diplomatik fəaliyyətin nəticəsi olmadığını və bu görüşün uzun illər ərzində formalaşmış siyasi kursun, ardıcıl diplomatik səylərin və müharibədən sonrakı dövrdə həyata keçirilən siyasətin məntiqi davamı olduğunu diqqətə çatdırıb.

“Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət göstərdi ki, hərbi mərhələdə əldə olunan nəticələr diplomatik müstəviyə uğurla daşına bilər. Münaqişənin başa çatmasından sonra Azərbaycanın əsas məqsədi yeni qarşıdurma yaratmaq deyil, regionda sabitliyi möhkəmləndirmək və gələcək əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırmaq idi. Bu yanaşma tədricən beynəlxalq tərəfdaşların da diqqətini cəlb etdi. Nəticədə Vaşinqton platforması dialoq üçün ən mühüm beynəlxalq məkanlardan birinə çevrildi.

Azərbaycanın sülh gündəliyində xüsusi yer tutan məsələlərdən biri də sülh müqaviləsinin hüquqi və siyasi əsaslarının müəyyənləşdirilməsi idi. Danışıqlar prosesində geniş müzakirə olunan beş baza prinsipi ilk dəfə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını, gələcəkdə ərazi iddialarından imtina edilməsini, güc tətbiqindən və güclə hədələməkdən çəkinməyi, dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur. Sonrakı mərhələlərdə aparılan müzakirələrin də məhz bu prinsiplər əsasında davam etməsi Azərbaycanın sülh təşəbbüsünün danışıqlar prosesində mühüm yer tutduğunu göstərirdi”, - deyə İctimai Birliyin sədri qeyd edib.

Sülh siyasətinin əhəmiyyətinin yalnız irəli sürülən təşəbbüslərlə ölçülmədiyini diqqətə çatdıran Gülşən Axundova onun praktik nəticələrinin vacibliyini deyib: “Son illərdə sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər. Vaşinqtonda qəbul olunan sənədlərdə də beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirdi”.

Onun fikrincə, Vaşinqton danışıqlarının diqqət çəkən xüsusiyyətlərindən biri ABŞ Prezidenti Donald Trampın prosesdə birbaşa iştirakı idi. ABŞ administrasiyası tərəflər arasında dialoqun davam etdirilməsi üçün diplomatik səylər göstərdi və görüşün baş tutmasına dəstək verdi. Bu, ABŞ-nin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu nümayiş etdirən mühüm siyasi addımlardan biri kimi qiymətləndirildi. Prezident Donald Tramp görüş zamanı regionda davamlı sülhün mümkünlüyünə inandığını ifadə etdi. Prezident İlham Əliyev isə Vaşinqton səfərinin Azərbaycan–ABŞ münasibətlərinin inkişafında yeni mərhələ açdığını vurğuladı və əldə olunan nəticələrin uzunmüddətli əməkdaşlıq üçün mühüm zəmin yaratdığını bildirdi.

“Azərbaycan ilə ABŞ arasında son illərdə formalaşan siyasi dialoq da bu prosesdə mühüm rol oynadı. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı məktublar, təbriklər və müxtəlif mövzularda aparılan siyasi yazışmalar iki ölkə arasında münasibətlərin inkişafına verilən əhəmiyyəti göstərirdi. Hər iki lider enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, regional sabitlik və beynəlxalq tərəfdaşlıq məsələlərinin vacibliyini dəfələrlə vurğulamışdı. Vaşinqton görüşü zamanı səsləndirilən fikirlər də qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi mesajlar kimi diqqəti cəlb etdi.

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması yalnız iki ölkə üçün deyil, bütün region üçün böyük əhəmiyyət daşıyır. Uzun illər davam etmiş qarşıdurmadan sonra sabitliyin bərqərar olması iqtisadi münasibətlərin genişlənməsinə, beynəlxalq investisiyaların artmasına, yeni logistika marşrutlarının açılmasına və regional inteqrasiyanın güclənməsinə şərait yarada bilər. Bununla yanaşı, humanitar əlaqələrin inkişafı, sərhəd bölgələrinin sosial-iqtisadi dirçəlişi və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi üçün də yeni perspektivlər formalaşır”, - deyə İctimai Birliyin sədri bildirib.

Son illərdə regionda baş verən dəyişikliklərin Cənubi Qafqazın siyasi xəritəsində yeni mərhələnin formalaşdığını göstərdiyini vurğulayan G.Axundova Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin tam təmin olunmasının tarixi ədalətin bərpası kimi qiymətləndirildiyini qeyd edib. “Bunun ardınca başlayan diplomatik proseslər isə yeni regional əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu baxımdan Vaşinqtonda keçirilən Zirvə Görüşü təkcə növbəti diplomatik tədbir deyil, Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasına təsir göstərə biləcək mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Bu gün artıq regionun gələcəyindən danışarkən təkcə keçmiş münaqişələr deyil, həm də yeni iqtisadi imkanlar, nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı və qarşılıqlı faydalı tərəfdaşlıq məsələləri ön plana çıxır. Bu isə göstərir ki, sülh prosesi yalnız siyasi məqsəd deyil, həm də uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Qarşıdakı illərdə imzalanmış sənədlərin praktiki icrası, əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi Cənubi Qafqazın sabit, təhlükəsiz və iqtisadi cəhətdən daha rəqabətqabiliyyətli regiona çevrilməsində mühüm rol oynaya bilər”, - deyə QHT sədri əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH