® “Ziraat Bank Azərbaycan” “Human vs AI” mövzusunda tədbirə dəstək olub
“Ziraat Bank Azərbaycan”ın dəstəyi, “Women Bankers Club”un təşkilatçılığı ilə “Human vs AI: Competition or Cooperation?” mövzusunda tədbir keçirilib.
5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəlif banklarda çalışan xanım bankirlər və universitetin tələbələri iştirak ediblər.
Bankir xanımların və ADA Universitetinin tələbələrinin bir araya gəldiyi təcrübə mübadiləsinin əsas məqsədi süni intellektin gələcək iş həyatına, bankçılıq sektoruna və insan resurslarına təsiri ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Tədbirin açılışında çıxış edən “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Dr. Selçuk Demir texnologiyanın sürətli inkişafı fonunda insan amilinin əhəmiyyətini vurğulayaraq, süni intellektin rəqabətdən daha çox əməkdaşlıq modeli çərçivəsində dəyərləndirilməsinin vacibliyini qeyd edib.
Panel müzakirələrində “Ziraat Bank Azərbaycan” İnsan Resursları və Performansın İdarə Edilməsi Departamentinin direktoru Firuzə Məmmədova, “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova, eləcə də “Kapital Bank”ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə baş inzibatçı Fərqanə Məmmədova spiker qismində çıxış edərək süni intellektin insan resursları və gələcəyin iş mühiti üzərində təsirləri ilə bağlı fikirlərini bölüşüblər.
Panel müzakirələri zamanı süni intellektin bankçılıq, təhsil və biznes mühitində yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda ADA Universitetinin tələbələri tərəfindən ünvanlanan suallar spikerlər tərəfindən cavablandırılıb.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasının 162 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.