AAC şirkəti tullantılardan səmərəli istifadə edir
Bakı, 30 aprel (AZƏRTAC). Azərbaycanda yeni, ekoloji cəhətdən təmiz tikinti materialı olan “gobustone” məsaməli beton blokları istehsal edən AAC şirkəti bu gün istifadəyə yararsız kağızları “Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin qəbul məntəqəsinə təqdim etmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kağız tullantılarının yığılmasının ətraf mühitin qorunmasında önəmli məsələ olduğu üçün əməkdaşlar istifadə olunmuş kağızları toplayıb yenidən emala vermək qərarına gəlmişlər. Bunun üçün ofisdə üzərinə “100 kiloqram kağız =1 ağac” yazılmış qutular qoyulmuşdur. Yığılmış kağızlar bu sahədə ixtisaslaşmış Azərbaycan Kağız və Karton İstehsalı Kombinatına təhvil verilmişdir.
2012-ci ildən fəaliyyətə başlamış bu kombinatda gün ərzində 40 ton kağız-karton emal olunur.
Qeyd edək ki, 1 ton tullantı kağızın yenidən emalı təxminən 10 ağacın kəsilməsinin qarşısını alır, 2 min kilovat elektrik enerjisinə, 200 kubmetr suya qənaət olunmasına şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]