“ABİTURİYENT” JURNALININ 12-Cİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbu orqanı olan “Abituriyent” jurnalının 2002/2003-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş 12-ci nömrəsi çapdan çıxmışdır.
Jurnalda 2002-ci ilin qəbulunun elmi-statistik təhlili ilə yanaşı, oxucular orta statistik abituriyentin portreti, müsabiqə vəziyyətinin şərhləri, fənlər üzrə göstəricilər, yüksək nəticəli rayonlar, on yaxşı məktəb, müqayisəli təhlillər (1992-2002-ci illər), digər məlumat və tövsiyələrlə tanış ola bilərlər. Bu araşdırmalar gənclərin təhsili, sosial və tərbiyə problemləri ilə məşğul olan təhsil orqanlarına, müxtəlif pillədən olan təhsil müəssisələrinə, elmi-metodik mərkəzlərə, dövlət idarəetmə orqanlarına və ictimai təşkilatlara zəngin faktlar və məlumat verməsi baxımından əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]