ABŞ-ın dövlət katibi Ukraynaya ikigünlük səfər edəcək
Kiyev, 4 may, AZƏRTAC
ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya ikigünlük səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Blinken mayın 5-6-da Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski, Baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Görüşlərdə regiondakı vəziyyət, ABŞ-Ukrayna münasibətləri, demokratiyanın inkişafı, insan haqları və digər məsələlər müzakirə ediləcək.
Bundan başqa, ABŞ-ın dövlət katibinin Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]