Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-IN ENERGETİKA NAZİRİ BAKIYA GƏLMİŞDİR

Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abraham Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün sentyabrın 17-də Bakıya gəlmişdir.

Binə hava limanında hörmətli qonağı Azərbaycanın yancaq və energetika naziri Məcid Kərimov, ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson, respublikamızın Amerika Birləşmiş Ştatlarındakı səfiri Hafiz Paşayev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN ENERGETİKA NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 17-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abrahamı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonağı və onu müşayiət edən şəxsləri səmimiyyətlə qarşılayaraq dedi:

-Hörmətli cənab nazir,

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və sizə xoş gəlmisiniz deyirəm.

Biz bu günlərdə Azərbaycanda böyük bir hadisəni qeyd edirik. Bu hadisə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl daşının qoyulmasıdır. Yəni onun inşasına başlayacağıq. Bu münasibətlə sizin də Azərbaycana gəlməyiniz və bu tədbirlərdə iştirak etməyiniz bizim üçün çox xoşdur və eyni zamanda, çox əsaslıdır. Çünki Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri dünyanın böyük layihələrindən biridir. Xüsusən, bizim Qafqaz bölgəsində çox mühüm bir layihədir. Biz bunun həyata keçirilməsi üçün 8 ildir ki, çalışırıq, vuruşuruq. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, bu layihənin həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının, onun hökumətinin, Prezidentinin çox böyük dəstəyi olubdur və bu da bizə bu məsələlərin həll edilməsində kömək edibdir.

1999-cu ilin noyabr ayında ATƏT-in İstanbulda keçirilən zirvə görüşündə Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında son sənədin imzalanmasında ABŞ-ın Prezidenti də iştirak edib və öz imzasını qoyubdur. Ona görə sizin bu tədbirdə iştirak etməyiniz çox lazımlıdır və vacibdir. Gərək siz də, bizim kimi, apardığınız işlərin nəticəsini görəsiniz. Ona görə də mən sizə təşəkkür edirəm. Buyurun.

ABŞ-ın energetika naziri SPENSER ABRAHAM səmimi qəbul üçün təşəkkür edərək dedi:

-Cənab Prezident, icazə verin, bu uğurlu layihənin həyata keçirilməsi münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinin və Prezident Buşun adından Sizə təbrikləri çatdırım. Prezident Buş şəxsən xahiş edib ki, bu cür müvəffəqiyyətli səylərin müsbət nəticələrlə başa çatması münasibətilə onun təbriklərini sizə çatdıraq.

Bildiyiniz kimi, Prezident Buş, Amerika Birləşmiş Ştatlarının hökuməti və xalqı Azərbaycanla olan münasibətləri yüksək qiymətləndirirlər. Bu, həm bizim vətəndaşlarımız, həm də ölkəmiz üçün xüsusi və vacib münasibətlərdir.

Prezident Buş həmçinin qlobal terrorizmə qarşı aparılan mübarizədə Sizin göstərdiyiniz, Azərbaycanın göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.

Bir neçə gün bundan əvvəl Prezident Buşun Sizə ünvanladığı məktubda deyildiyi kimi, bizə göstərdiyiniz dəstəyə görə biz Sizə səmimi təşəkkürümüzü bildiririk. Mənə və rəhbərlik etdiyim nümayəndə heyətinə ölkənizə bu səfər zamanı göstərdiyiniz qonaqpərvərliyə görə də öz minnətdarlığımızı bildirmək istəyirik.

Biz sentyabrın 18-də həyata keçiriləcək mühüm tədbirlərdə iştirak edəcəyimizə görə çox həyəcanlıyıq. Xüsusən ona görə ki, Xəzər dənizində enerji ehtiyatlarının istismarı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi bizim üçün, xalqımız üçün çox mühüm hadisədir. ABŞ-ın hər iki hökuməti - həm demokratlar, həm də respublikaçılar bu layihəyə böyük əhəmiyyət veriblər. Bu çox mühüm bir hadisədir.

Corc Buş prezident seçildiyi ilk gündən mənə və vitse-prezident Dik Çeyniyə qarşıdakı iyirmi il üçün Amerika Birləşmiş Ştatlarının yeni neft strategiyasını hazırlamağı tapşırmışdı. Vitse-prezident Dik Çeyninin rəhbərliyi altında 2001-ci ilin mart ayında biz həmin neft strategiyası proqramını hazırladıq və Prezidentin diqqətinə çatdırdıq. Bu proqramın əsas bir hissəsində Bakı-Tbilisi-Ceyhan layihəsinin Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənməsi və həyata keçirilən layihənin Amerika Birləşmiş Ştatları üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Biz yeni neft strategiyası ilə əlaqədar proqramımız elan ediləndən sonra da bu regionda həyata keçirilən işləri, əldə olunan müvəffəqiyyətləri çox böyük həvəslə, həyəcanla izləmişik.

Sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri tikintisinin təməlinin qoyulması Azərbaycan xalqı üçün, bütün region üçün inkişafa doğru güclü bir amildir. Bu, həmçinin Amerika Birləşmiş Ştatları hökumətinin Sizin hökumətlə ardıcıl əməkdaşlığının müsbət nəticələrini nümayiş etdirir. Bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi, eyni zamanda, lider kimi Sizin uzaqgörənliyinizi və bir çox çətin hallarda göstərdiyiniz yüksək təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirir.

Yenə deyirəm, Prezident Buş məndən bir daha xahiş etdi ki, bu mühüm hadisə ilə əlaqədar Sizi təbrik edim. Çünki əldə olunmuş irəliləyişlər ölkənizdə sabitliyin daha da artmasına və firavanlığın təmin olunmasına xidmət edəcəkdir. Amerika Birləşmiş Ştatlarının hökuməti bu sahədə də Sizinlə birgə işləmək və nailiyyətlər əldə etmək arzusundadır. Bu gün bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Hörmətli cənab nazir, təşəkkür edirəm. Prezident Corc Buşun göndərdiyi salamları və xoş arzuları mənə çatdırdığınıza görə sizə təşəkkür edirəm. Xahiş edirəm mənim təşəkkürümü və minnətdarlığımı Prezident cənab Buşa çatdırasınız. Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələri sizin üçün olduğu kimi, bizim üçün də çox əhəmiyyətlidir. Biz buna xüsusi diqqət yetirir, bütün sahələrdə bu əlaqələri inkişaf etdirməyə çalışırıq.

Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında sizin fikirləriniz, bu barədə Amerika hökumətinin və Prezident cənab Buşun fikirləri, onun münasibəti və bu haqda söylədiyiniz bütün başqa fikirlər çox dəyərlidir və bizim fikirlərimizlə üst-üstə düşür.

Bakı-Tbilisi-Ceyhan layihəsinin bu mərhələyə çatdırılması 8 il vaxt tələb edibdir. Bu 8 il də çox çətin, çox böyük mübarizədə keçibdir. Mən çox məmnunam ki, siz və Prezident Buş bu barədə hər şeyi düzgün bilirsiniz və düzgün qiymətləndirirsiniz. Şəxsən mənim bu işdə fəaliyyətim haqqında dediyiniz sözlərə görə təşəkkür edirəm və Prezident Buşa da bu sözlərə görə təşəkkürümü çatdırmağı sizdən xahiş edirəm.

Siz bilirsiniz ki, Azərbaycan 11 sentyabr hadisələrdən sonra Amerika Birləşmiş Ştatlarının elan etdiyi antiterror koalisiyasına dərhal qoşulmuşdur. O vaxtdan indiyə qədər bu sahədə Amerika Birləşmiş Ştatları ilə, antiterror koalisiyasındakı bütün ölkələrlə çox sıx əməkdaşlıq edirik və öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Biz bu koalisiyada varıq və bundan sonra da olacağıq. Beynəlxalq terrorizmin ta kökü kəsilənə qədər bu koalisiyada olacağıq.

Antiterror əməliyyatında Azərbaycanın iştirakı ilə əlaqədar bu günlərdə Prezident Buşun mənə göndərdiyi məktuba və orada mənə, Azərbaycan Respublikasına, xalqımıza etdiyi minnətdarlığa görə mən də çox təşəkkür edirəm. Bu məktub məni çox ruhlandırdı. Eyni zamanda, göstərdi ki, həqiqətən, biz koalisiyadayıq və bu koalisiyada da olacağıq.

Mən çox məmnuniyyətlə dinlədim ki, Amerika Birləşmiş Ştatları Prezident Buşun göstərişi ilə öz neft strategiyasını hazırlayıbdır, həyata keçirir. Başa düşdüm ki, bu işin də başında vitse-prezident cənab Çeyni durur. Mən şübhə etmirəm ki, bu strategiyada Xəzər dənizi özünə layiq yerini tutur və tutmalıdır. Vitse-prezident Çeyni burada olub, Xəzər dənizi ilə tanışdır, buradakı işləri görübdür. Ona görə bu məsələlər onun üçün daha da yaxın ola bilər.

Amma demək istəyirəm ki, siz bir az gecikmisiniz. Azərbaycan hələ 1994-cü ildə öz neft strategiyasını hazırlayıb və o vaxtdan ardıcıl surətdə onu həyata keçirir. Təbiidir ki, bu neft strategiyasını Azərbaycan bir çox qərb ölkələri ilə, xüsusən Amerika Birləşmiş Ştatları ilə birlikdə və ABŞ-ın dəstəyi ilə həyata keçirir. Ancaq mən istəyirəm bilim ki, Azərbaycan müstəqil dövlətdir, onun çox uzaqgörən və uzun illəri əhatə edən neft strategiyası var. Biz bu strategiyanı həyata keçiririk. Müsbət nəticələr göz qabağındadır və gələcəkdə də çox gözəl nəticələr alacağıq.

 

Bakı-Tbilisi-Ceyhan məhz Azərbaycanın neft strategiyasının bir hissəsidir. Siz buyurdunuz, mən də təsdiq edirəm ki, bu layihənin çox böyük əhəmiyyəti var. Bu, kəmər Gürcüstan ərazisindən, Türkiyədən keçməklə Azərbaycanı Aralıq dənizi ilə birləşdirəcəkdir. Birinci növbədə bunun iqtisadi əhəmiyyəti var və bu işə qoşulan şirkətlər, təbiidir ki, öz şəxsi mənfəətlərini, gəlirlərini gözləyirlər və onları da alacaqlar. Ancaq bizim üçün Bakı-Tbilisi-Ceyhan, eyni zamanda, böyük siyasi məna, strateji xarakter daşıyır. Bu, Azərbaycan, Gürcüstan və Türkiyəni Cənubi Qafqazda bir-biri ilə çox sıx bağlayan bir xəttdir. Bununla yanaşı, biz Azərbaycan qazının, “Şahdəniz” yatağındakı qazın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyəyə çatdırılması haqqında layihə üzərində işləyirik. Bizim bölgə üçün sülhün, təhlükəsizliyin, əmin-amanlığın çox böyük əhəmiyyəti var. Biz buna nail olmaq istəyirik. Bilirəm ki, Amerika Birləşmiş ştatları da məhz bu bölgədə, çox böyük coğrafi-strateji vəziyyəti olan Azərbaycanda məhz sülhün, təhlükəsizliyin, əmin-amanlığın olmasını istəyir. Bu barədə biz çox işlər görürük. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının bu barədə dəstəyinə, yardımına ehtiyacımız var.

Mən xahiş edirəm ki, 907-ci maddənin dayandırılması üçün qəbul etdiyi qərara görə Prezident Buşa mənim təşəkkürümü çatdırasınız. 1992-ci ildən Azərbaycana tətbiq edilmiş 907-ci maddə, demək olar ki, on il Azərbaycan üçün çox ağır bir siyasi hadisə olubdur. Biz bunu ədalətsiz hesab edirdik və həmişə də bunu bildirmişdik. Çünki bunu qəbul edənlər bizi, Azərbaycanı onda günahlandırmışdılar ki, guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Bu, doğru deyildir. Biz nə qədər çalışdıq ki, Amerika Birləşmiş Ştatlarının konqresində o ermənipərəst konqresmenləri inandıraq ki, onlar ədalətsizlik edirlər, amma buna nail ola bilmədik. Hər şey göz qabağındadır: Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla çıxarılıb, onların əksəriyyəti çadırlarda yaşayır. Belə bir halda 907-ci maddəni Azərbaycana tətbiq etmək həddindən artıq ədalətsiz bir aktdır.

Ancaq nəhayət, Prezident cənab Buş bu barədə xüsusi qərar qəbul etdi və 907-ci maddənin qüvvəsi dayandırıldı. Biz hesab edirik ki, 907-ci maddənin dayandırılması yaxşıdır. Amma o, tamamilə ləğv olunmalıdır. Bu, siyasi məsələdir. Mən sizə deyirəm, biz on ildir ki, 907-ci maddə ilə yaşamışıq və bundan sonra da yaşaya bilərik. Ancaq 907-ci maddənin Azərbaycana tətbiq olunması və onun davam etməsi, əlbəttə ki, bizim üçün çox böyük siyasi xarakter daşıyan məsələdir. Bunlara baxmayaraq, biz Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə öz əməkdaşlığımızı inkişaf etdiririk və inkişaf etdirəcəyik.

Amerika Birləşmiş Ştatları bizim strateji tərəfdaşımızdır və bizim bu Xəzər dənizində birgə gördüyümüz işlər də bunu çox aydın surətdə təsdiq edir.

 

Siz sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin özülünün qoyulması mərasimini görəcəksiniz. Həqiqətən, Azərbaycan neft strategiyasını yerinə yetirir və Amerika Birləşmiş Ştatları ilə bu sahədə çox sıx əməkdaşlıq edir. Təşəkkür edirəm.

SPENSER ABRAHAM: Cənab Prezident, Sizin Prezident Buşa göndərdiyiniz salamlarınızı və təşəkkürlərinizi mən şəxsən ona çatdıracağam. Hesab edirəm ki, ötən illər ərzində ölkələrimiz arasında əsası qoyulmuş güclü münasibətlər, 907-ci maddənin tətbiqinin dayandırılması və sentyabrın 18-də həyata keçirilən mərasim aramızda olan münasibətləri bir daha təsdiq edir. Mən inanıram ki, Prezident Buş ölkələrimiz arasında yaranmış bu münasibətlərin yeni mərhələsinin davamını gözləyir. Sentyabrın 18-də keçiriləcək tədbirlə əlaqədar mən Sizə bir daha öz təbriklərimi çatdırmaq istəyirəm.

HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Mən sizi daha saxlamaq istəmirəm. Biz görüşəcəyik.

Qəbulda yanacaq və energetika naziri Məcid Kərimov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Hafiz Paşayev, ABŞ-ın Bakıdakı səfiri Ross Uilson və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun,

Yaşar Xəlilovun və

İlqar Cəfərovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib