ABŞ İRAQDAKI VƏZİYYƏTİ İRANLA MÜZAKİRƏ ETMƏYƏ HAZIRDIR
Xatırladaq ki, ötən həftə İran İraqdakı vəziyyəti ABŞ-ın bu ölkədəki səfiri Zalma Xəlilzad ilə müzakirə etməyə hazır olduğunu bildirmişdi. Lakin Amerika tərəfi Raysın bəyanatınadək rəsmi cavab verməkdən çəkinmişdir. Dövlət katibi demişdir: “Mən tamamilə əminəm ki, onlar müəyyən məqamda görüşəcəklər”. Lakin o, nəzərdə tutulan danışıqların nə zaman keçiriləcəyini dəqiqləşdirməmişdir.
Məlum olduğu kimi, Vaşinqton İranı qonşu İraq ekstremistlərini dəstəkləməkdə təqsirləndirir. Tehran isə bu ittihamları rədd edərək, ölkədəki qeyri-sabitliyin səbəbini Amerikanın hərbi müdaxiləsində görür.
Ekspertlərin fikrincə, İraqda davam etməkdə olan zorakılıq aktlarından eyni dərəcədə narahat olan İran və ABŞ, diplomatik əlaqələrin olmamasına baxmayaraq, danışıqlara başlamaq qərarına gəlmişlər. İraq mənbələri iddia edirlər ki, tərkibi hələ elan olunmamış İran nümayəndə heyəti ilə ABŞ səfirinin görüşü gələn həftə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]